“Onda gəlin yazaq ki, dərman satan mağaza…” – AKADEMİKDƏN ETİRAZ

Dünyada 10 minə 1 optik mağaza, Azərbaycanda 10 milyona cəmi 25 optik mağaza düşür?!
“Bu məsələ bizdə neçə illər idi ki, müzakirə olunurdu. Biz Musa Quliyevlə məsləhətləşdik ki, bəlkə optika ilə bağlı məsələni “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna əlavə kimi daxil edək. Amma müzakirələr, məsləhətləşmələr zamanı belə qərara gəlindi ki, bu məsələ ilə bağlı ayrıca qanuna ehtiyac var, o məsələləri başqa qanunla tənzimləmək olmur və ya da effektli olmaz. Ona görə də “Tibbi optika haqqında” qanunun hazırlanmasına başladıq”.
Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin iyunun 5-də keçirilən iclasında “Tibbi optika haqqında” yeni qanun layihəsinin  dinləmələri zamanı adıçəkilən komitənin sədri, akademik Əhliman Əmiraslanov deyib.
O, xatırladıb ki, bununla bağlı dünyanın bir sıra ölkələrində, o cümlədən, qardaş Türkiyədə də müvafiq qanun var:
“Biz də belə hesab etdik ki, Azərbaycanda da belə bir qanun olmalıdır”.
Müzakirələr zamanı isə bildirilib ki, dünyada hər on min nəfərə bir optik mağa düşdüyü halda, Azərbaycanda az qala 10 milyon insana cəmi 25 optik mağaza düşür.
Bunun yolverilməz olduğunu bildirən müzakirə iştirakçıları bu sayın dünya  göstəricilərinə çatdırılmasının vacibliyini söyləyiblər.
GANİRA-MM
Millət vəkili Qənirə Paşayeva da bu məsələyə toxunaraq deyib ki, indiki reallıqda bu hələ ki mümkünsüz görünür:
Onun sözlərinə görə, bunun üçün ilk növbədə peşəkar mütəxəssislər olmalıdır.
“Tutaq ki, sabah bu rəqəm 20-25-dən 500-ə qalxdı, o zaman ortaya çıxan problemlər neçə çözüləcək? Ona görə hesab edirəm ki, bu məsələdə müddət məsələsi nəzərdə tutulmalıdır”.
Müzakirələrin sonunda Ə. Əmiraslanov “tibbi optik mağaza” sözünə etiraz edib:
“Hesab edirəm ki, bu söz  “tibbi optik müəssisə” sözü ilə əvəzlənsə, daha düzgün olar. “Tibbi optik mazağa” sözü heç cür yerinə düşmür. Onda gəlin yazaq ki, dərman satan mağaza… Ona görə də bu söz mütləq dəyişdirilməlidir”. 
Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

Ksenotransplantasiya qadağan olunur – TƏFƏRRÜAT- YENİLƏNİB – (3)

Read Next

“Qamışoba”, “Sorabad”…haradan çıxdı?” – TAHİR RZAYEV – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir