“Onkologiya Mərkəzə hər gün 1 200 nəfər müraciət edir…” – MİLLƏT VƏKİLİ

Tibb sahəsi əlavə dəyər vergisindən azad edilməlidir. Yəqin ki, bu məsələyə baxılacaq. 

Etikxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında deputat, Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini Kəmaləddin Qafarov deyib.

kamallll

O,  dərman vasitələrinin qeydiyyatının sadələşdirilməsini də təklif edib.

“Bu tələblər çətinlik yaradır. Səhiyyə sahəsində son 5 ildə böyük işlər görülüb. Azərbaycan Milli Onkologiya Mərkəzinin texniki imkanları genişlənib. Bu qədər yüksək səviyyəli işlər təqdirəlayiqdir. Genişlənmiş sahənin saxlanılması – dərman, servis və s. 5 il öncəki büdcə ilə tənzimlənir. Yəni büdcə 5 il əvvəl necə idisə, indi də elə qalır. Mərkəzə hər gün 1 200 nəfər müraciət edir. Burada avadanlıqların saxlanılması və s. xərclər üçün 5 qat artıq büdcə lazımdır. Yəni burada 20-30 faiz artımla nəsə etmək çətin olacaq”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Yayda hazırlanmasına qərar verildi – PAYIZDA İSƏ MÜZAKİRƏLƏRDƏN ÇIXARILDI…

Read Next

Turizmlə bağlı yeni qanun layihəsinin qanunvericilik işləri planına salınması gözlənilir: “KOMİTƏMİZİN ÜZVLƏRİ POPULİST DEYİLLƏR” – HADİ RƏCƏBLİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir