“Onlar bizim sabahımız, gələcəyimizdir…” – MİLLƏT VƏKİLİ – FOTOLAR

“Yay məktəbi”nin iştirakçılarından olan Teymur ƏLİYEV: Daha bir dəyərli ziyalımızı, alimimizi tanıdım, kəşf etdim

Yeni Azərbaycan Partiyası (YAP) gənc siyasətçilər üçün Oğuz rayonunda “Gənc liderlər” yay məktəbi təşkil edib.

Etikxeber.az xəbər verir ki, beş gün davam edəcək yay məktəbi zamanı təlimlər, seminarlar və informativ sessiyalar keçiriləcək, idman yarışları, əyləncəli oyunlar təşkil ediləcək.

Qeyd edək ki, Oğuz ş0əhərindəki “AFRA” otelinin konfrans zalında yay məktəbinin açılış mərasimi olub.

Mərasimdə YAP icra katibinin müavini, Milli Məclisin (MM) komitə sədri Siyavuş Novruzov çıxış edərək davamlı olaraq keçirilən yay məktəblərinin əsas məqsədinin gənclərin asudə vaxtlarının mənalı və səmərəli keçməsini, müxtəlif proqramların öyrənilməsini təmin etmək olduğunu bildirib.

Diqqətə çatdırılıb ki, bu il “Yay məktəbləri”ndə min nəfərədək fəal gənc iştirak edəcək. YAP-ın təşəbbüsü ilə gerçəkləşdirilən bu layihə ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıya bariz nümunədir.

S. Novruzov Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə gənclərə daim xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirib. Məhz Ulu Öndərin təşəbbüsləri və qəbul etdiyi qərarlar əsasında cəmiyyətimizdə gənc nəslin inkişafı üçün əməli addımlar atılıb, gənclərin yüksək təhsil alması, dövlət idarəçiliyində təmsilçiliyi, bütövlükdə, cəmiyyətdə layiqli yer tutması üçün lazımi tədbirlər həyata keçirilib. Bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.

Qeyd edilib ki, gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir.

kamila-34

kamila-36

kamila-35

kamila-37

kamila-38

kamila-39

kamila-40

kamila-41

YAP İcra katibinin müavini gənclərə sosial şəbəkələrdə daha fəal olmağı tövsiyə edilib.

Mərasimdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, deputatlar Kamilə Əliyeva, Rauf Əliyev çıxış edərək ölkəmizdə gənclərə göstərilən yüksək dövlət qayğısından danışıb, tövsiyələrini bildiriblər.

K. Əliyeva isə saytımız açıqlamasında bildirib ki, artıq 3-cü gününə qədəm qoyan “Yay məktəbi” uğurla davam edir.

Onun sözlərinə görə, belə bir tədbirin iştirakçısı olmaqdan da çox məmnundur.

Millət vəkili belə bir aksiyanı təşkil etdiyinə görə, üzvü olduğu YAP-a, onun rəhbərliyinə, İcra Katibliyinə də minnətdarlığını bildirib:

“Yay məktəbi” çox uğurla davam edir. Bu tədbirin iştirakçısı olmaqdan məmnunam və xüsüsi zövq alıram. Çünki “Yay məktəbi”nin iştirakçıları olan gənclər çox savadlı, çox məsuliyyətli, gələcəyi parlaq olan gənclərdir. Onlar bizim, Azərbaycanımızın gələcəyi, sabahıdır. Onlarla fəxr etməmək, qürur duymamaq mümkün deyil”.

“Yay məktəbi”nin iştirakçılarından olan Teymur Əliyev:
“Şəxsən tanımırdım. YAP-ın təşkil etdiyi yay məktəbi layihəsi çərçivəsində bir çox həmkarlarla,gənclərimizlə tanış olduq,dostlaşdıq.
Ancaq bu dostluqlar arasında bir də Balakən-Zaqatala rayonundan olan millət vəkili, BDU Genetika kafedrasının müdiri,professor Kamilə Əliyeva oldu. Bu tanışlıq mənə çox xoş təsir bağışladı. Daha bir dəyərli ziyalımızı, alimizimi tanıdım, kəşf etdim.
Apardığımız fikir mübadiləsinin, səmimi söhbətlərin nəticəsi olaraq mənim istər alim kimi, istər deputat kimi, istərsə də xanım kimi çox böyük hörmətim və sevgim yarandı. Hörmətli Kamilə xanım çox səmimi, mehriban və qayğıkeş xanımdır.
Elm,təhsil və ümumi məsələlər barəsində çoxlu söhbətlərimiz oldu. Sizə həm şəxsi həyatınızda,həm elm sahəsində, həm də deputatlıq fəaliyyətinizdə möhkəm can sağlığı,uğurlar və səadət arzu edirəm”.
Etikxeber.az

 

 

 

Read Previous

Sabiq baş nazirin oğlu, eks nazirin qardaşı, bələdiyyə sədrinin dayısı – YENİ BAŞ NAZİR KİRİAKOS MİÇOTAKİS

Read Next

Milli Məclisin növbəti plenar iclası iyulun 12-də keçiriləcək – GÜNDƏLİKDƏ 28 MƏSƏLƏ VAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir