“Onlar buradan getməli idilər və getdilər…”-BƏHRUZ MƏHƏRRƏMOV YAZIR

Bu gün Ermənistan Silahlı Birləşmələrinin Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil verməyə məcbur edilməsindən bir il ötür.

Artıq bir ildir ki, Kəlbəcər düşmən tapdağından birdəfəlik azaddır.

Hər kəsə bəllidir ki, Kəlbəcər mürəkkəb coğrafi relyefə malik bir ərazi olduğu üçün qış dövründə burada hansısa hərbi əməliyyat faktiki mümkünsüzdür.

Əlbəttə, ordumuzun qələbəsinə şübhəmiz yox idi, lakin, o da aydın idi ki, Kəlbəcər minlərlə şəhidin həyatı bahasına azad olunacaqdı. Bu mənada, hərbi əhəmiyyətli yüksəkliklərdə 30 il ərzində möhkəmlənmiş Ermənistanı bir güllə atılmadan, kapituliyasiya şərti kimi Kəlbəcərdən çıxmağa məcbur etməklə, prezident İlham Əliyev dünya hərb tarixində müstəsna bir səhifə açmış oldu.

Onun hərbi və diplomatik müstəvidə çevik və sərrast addımları faktiki olaraq İrəvanı bütün imkanlardan məhrum etdi. Ümumiyyətlə, Kəlbəcərin azadlığı Azərbaycan və şəxsən Müzəffər Ali Baş Komandan üçün prinsipial məsələ idi. Cənab İlham Əliyev açıq şəkildə Kəlbəcər rayonunun işğal altına düşməsini böyük faciə hesab edirdi. Çünki, Kəlbəcərin işğal altına düşməsi Ermənistanın sonrakı işğalçılıq siyasətinə böyük üstünlüklər vermiş,

Kəlbəcər üzərindən Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradılmış, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Bu mənada Kəlbəcərdə Azərbaycanın nəzarətinin bərpa olunması,  həm də beynəlxalq hüquqla tanınan ərazilərimizdə separat meyillərin və terrorçuların gələcək taleyini köklü həll edən strateji əhəmiyyətə malik siyasi qələbədir.

Bu gün Kəlbəcərdə böyük sürətlə quruculuq bərpa prosesi davam edir. Kəlbəcərlilərin layiqli həyat şəraiti və qayıdışının təmini üçün dövlət bütün lazımi addımları atmaqdadır.

Cənab İlham Əliyevin dediyi kimi, biz buraya qayıtmalı idik və qayıtdıq.

Onlar buradan getməli idilər və getdilər.

Tarixi ədalət bərpa olundu və biz Kəlbəcərin inkişafı ilə bağlı artıq planlarımızı reallaşdırırıq. 

Bəhruz MƏHƏRRƏMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Daha 1880 yeni yoluxma-DAHA 27 ÖLÜM…

Read Next

Hava buludlu olacaq, bəzi yerlərdə yağış yağacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir