“Onlar kənardan mənim müşahidə etdiyimi görmürdülər…” – DEPUTAT

“Bu yaxınlarda Bakı aeroportunda müşahidə etdiyim bir hadisə barədə yazmaq istəyirəm. Bir nəfər aeroport işçisi hansısa bir sahəyə keçmək istəyirdi. Orada duran təhlükəsizlik xidməti işçisi ilə onun çox yaxın olduğu görünürdü. Onlar mehribancasına görüşdülər. Ancaq bununla belə, təhlükəsizlik xidməti işçisi onu qoruduğu sahəyə buraxmamışdan dostunun öncə üstünü çox ciddiliklə yoxladı”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə öz “Facebook” səhifəsində yazıb.

“Onlar kənardan mənim müşahidə etdiyimi görmürdülər. Mən bir vətəndaş kimi razı qaldım. Dostluq öz yerində, amma işin məsuliyyəti onlar üçün çox vacib idi”-deyə, millət vəkili sonra yazıb.

Etikxeber.az

Read Previous

Sarkozi PSJ futbol klubuna prezident gətirilir…

Read Next

Qəza baş verən ərazidə itkin düşən neftçilərin yaşayış bloku tapıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir