Onlar kimin varisləridir? – DEPUTATDAN SƏRT SUAL – YENİLƏNİB – (1)

Dünyada son illər postmodernist cəmiyyətlər qurulur.

Azərbaycan da dünyanın bir tərkib hissəsi, bir parçası olaraq postmodernist cəmiyyətə doğru gedir.

Postmodernist cəmiyyətlərdə də yeni şəxsiyyətlər, yeni fərdlər formalaşır, formalaşdırılır.

Odur ki, postmodernist cəmiyyətlərdə artıq milli kimlik məsələsi ilə bağlı bir pərakəndəlik hökm sürür.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, politoloq Hikmət Babaoğlu mayın 16-da  Milli Məclislə (MM) birgə təşkil olunmuş “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında QHT-lərin rolu” mövzusunda Dəyirmi masada dilə gətirib.

Millət vəkilinin dediyinə görə, postmodernist cəmiyyətlərdəki yeni fərdlər daha çox müasir dünyanın düşüncə tərzi ilə, bu yöndə informasiya-kommunikasiya texnologiyalarının yenilikləri, təsirləri altında formlaşırlar.

hikmet_babaoglu_2

“Bunun müsbət tərəfləri, cəhətləri ilə yanaşı, mənfi cəhətləri, tərəfləri də var.

 Çünki onlar-yeni fərdlər fizioloji-bioloji baxımdan bizimlə bağlı olsalar da, düşüncə cəhətdən bizə bir o qərdə bağlı deyillər.

Onlar kimin varisləridir? Onlar bizim varislərimizdirmi?

Bu suallar bir qədər narahatedici və düşündürücü suallardır.

Bu gün dünyada Azərbaycana qarşı böyük bir şəbəkə formalaşıb, buna anti-azərbaycançı şəbəkə də deyirik.

Həmin şəbəkələr bir çox hallarda məhz düşüncəcə bizə bağlı olmayan həmin yeni fərdlərdən elə bizlərə, ölkəmizə, dövlətçiliyimizə qarşı istifadə edirlər.

Yəni, məhz onlar, düşüncə tərzi ilə bizə bağlı olmayanlar həmin dairələrin, şəbəkələrin daha çox və daha tez təsiri altına, yanlış yola düşürlər.

Odur ki, Azərbaycandakı QTH-lərin bir funksiyası, bir vəzifəsi də məhz həmin fərdlərlə işləmək, onları zərərli düşüncələrdən və yanlış addımlardan çəkindirmək olmalıdır.

Bu, çox önəmli məsələ və vəzifədir”-deyə, millət vəkili sözlərinə əlavə edib.

***

Sabiq millət vəkili, YAP Siyasi Şurasının üzvü, tanınmış juirnalist Vüqar Rəhimzadə də deyilənlərlə razılaşdığını, Azərbaycanda QHT-lərin fəaliyyətinə hər cür imkan və şəraitin yaradıldığını, eyni zamanda, onların cəmiyyətdə ictimai nəzarət funksiyasını yerinə yetirdiyini, daha doğrusu, yetirməli olduğunu dilə gətirib.

Azərbaycandakı əksər QHT-lərin dövlətçi mövqedə dayandığını deyən sabiq millət vəkili eyni zamanda, bəzi qeyri-hökumət təşkilatlarının dövlətçiliyə, azərbaycançılığa qarşı zidd fəaliyyət göstərdiklərini də bildirib.

vuqaerrr

Bunun yolverilməz olduğunu bildirən V. Rəhimzadə həmin QHT-lərin “zərərverici” fəaliyyətinə qarşı dövlətçilik mövqeyində dayanan vətəndaş cəmiyyəti təmsilçilərinin daha ciddi şəkildə mübarizə aparmalarının vacibliyini önə çəkib.

***

Deputat Şahin İsmayılov xatırladıb ki, Azərbaycanda 300-ə yaxın qeyri-hökumət təşkilatı var, onlardan 30-u beynəlxalq təşkilatlarla sıx işləyir:

“Ölkəmizdə gənclər təşkilatları uğurla fəaliyyət göstərirlər, dövlət qurumları ilə əməkdaşlıq edirlər, təkliflərini təqdim edirlər. Azərbaycandakı gənclər təşkilatlarının tərkibində könüllülər ordusu formalaşıb. Biz 2015-ci ildə Avropa Oyunları zamanı onların fəaliyyətini gördük”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Prezident Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış oldu

Read Next

“Sabitdir, təhlükəsizdir, terrordan uzaqdır…” – KOMİTƏ SƏDRİ – RƏY(LƏR)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir