Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əməkdar artist, tanınmış sənətkar Firuzə İbadova da Mədəniyyət Nazirliyinin keçmiş rəhbərliyinin, sabiq nazir Əbülfəs Qarayevin ünvanına sərt ifadələr səsləndirib.
Etikxeber.az-ın xəbərinə, F. İbadova keçmiş naziri və onun adamlarını Azərbaycan mədəniyyətini məhv etməkdə ittihamlayıb.
Eyni zamanda, həmkarı, tanınmış sənətkar Aybəniz Haşımovanın sabiq nazir və nazirliklə bağlı iradlarını bölüşdüyünü, yeni mədəniyyət nazirinin məhz Zakir Bağırov kimi bir insan olmasını arzuladığını ifadə edib.
“Həm keçmiş, həm də ondan qabaqkı nazir mənim kimi insanları əzdi, haqqımızı tapdaladı. Onlar nazir olmadılar, sənət insanlarına qarşı oldular. Aləmi qatıb-qarışdırdılar. Sənətə, sənət adamlarına qarşı biganəlik, sənətdə bayağılıq və sair və ilaxır, baş alıb getdi. Ona görə mən də Zakir Nərimanoviç Bağırov kimi nazir görmək istərdim sözsüz… Onda musiqi mədəniyyətimiz təmizlənər, durulaşardı”-deyə, o, əlavə edib.
10:27, 23 may
Etikxeber.az