“Onlar Seçki Məcəlləsini düzgün oxumayıblar, ya da…” – SİYAVUŞ NOVRUZOV

Azərbaycanda 50-dən artıq siyasi partiya var və bu partiyalardan 40-dan yuxarısı parlament seçkilərində iştirak edəcək.

Etikxeber.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov jurnalistlərə açıqlamasında deyib.

Komitə sədri qeyd edib ki, bundan əlavə Azərbaycanda qeyri-hökumət təşkilatları, mətbuat nümayəndələri, yaradıcı insanlar, incəsənət xadimləri var və bu insanlar da seçkilərdə iştirak edəcəkləri ilə bağlı bəyanat veriblər:

Onun sözlərinə görə, xüsusilə, gənclər, o cümlədən, xaricdə təhsil alıb, gələnlər böyük həvəs göstərir.

“Yəni, namizədliklərini irəli sürmək istəyən çox insan var. Bir yalnış informasiya cəmiyyətə sırımaq istəyirlər ki, guya Milli Şura seçkidə iştirak etməsə bu seçki qeyri-demokratik olacaq və s.  Söhbət alternativlikdən gedir. Yəni bir yerə iki namizəd varsa, artıq burada alternativlik təmin olunub və orada seçki keçimək mümkündür. Ona görə, kimin iştirak edib etməməsi hər kəsin öz hüququdur. O ki, qaldı Milli Şuraya, onun qaldırdığı məsələlərin hər biri Seçki Məcəlləsində var. Milli Şura getsin, Seçki Məcəlləsini diqqətlə oxusun. Onlar ya Seçki Məcəlləsini düzgün oxumayıblar, ya da oxuyub insanlara düzgün təqdim etmirlər və insanları aldatmağa çalışırlar və seçkilərin üzərinə kölgə salmaq istəyirlər. Bunların sosial bazası, elektoratı yoxdur. Bilirlər ki, seçilməyəcəklər, çünki xalq onlara etimad göstərməyəcək və irəli sürməyə namizədləri yoxdur. Bu baxımdan da seçki prosesinin üzərinə kölgə salmaq, özlərinin zəifliklərini ört-basdır etmək üçün seçkiyə getmək istəmirlər”-deyə, YAP rəsmisi sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Tarixi tarixdən ibrət almaq üçün oxumalıyıq…” – MÜBARİZ QURBANLI – FOTOLAR

Read Next

“Onlar indi də cəmiyyətdə aparıcı rol oynayırlar…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir