“Onları yeni dövrün məhsulu hesab etmək olar” – AYDIN MİRZƏZADƏ DƏ SON TƏYİNATLARA TOXUNDU

Artıq bir müddətdir ki, Azərbaycan cənab prezidentin vaxtaşırı bu və ya digər məsələlər üzrə sərəncamlarını, eyni zamanda, çıxışlarını çox maraqla izləyir. Bunlar da cənab prezidentin həm struktur dəyişiklikləri, həm də kadr islahatları ilə bağlı atdığı addımlardır.

Cənab prezident iki rayona icra hakimiyyəti başçısı təyin etdi. Ölkə prezidentinin vaxtaşırı icra hakimiyyəti başçısı təyin və dəyişikliyi etməsi artıq dövlətçiliyimizdə bir praktikadır. Ancaq son təyinatlar əvvəlkilərdən bir sıra – həm vizual, həm də məzmun cəhətcə fərqlənir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, YAP-ın şöbə müdiri Aydın Mirzəzadə deyib.

preziden-yeni icra başçılari

aydinnn

Onun sözlərinə görə, birincisi, artıq bir müddətdir ki, ölkə prezidenti hökumətə, eyni zamanda, yerli hakimiyyət orqanlarına vəzifəyə təyin edərkən,  o cümlədən, vəzifədən azad edərkən həm vəzifədən azad olunanları qəbul edir, həm də yeni təyinat alanlarla görüşür.

“Görüş, qəbul zamanı verdiyi tövsiyələr də videolentə alınaraq cəmiyyətə təqdim edilir. Praktika da bundan ibarətdir ki, təyinat alan şəxslərə verdiyi tövsiyələr, onlara verdiyi tapşırıqlar tək onların deyil, eyni zamanda, ictimaiyyətin diqqətinə çatdırılsın.

İkinci vacib məsələ ondan ibarətdir ki, cənab prezident ancaq vəzifəyə təyin edilən şəxsin məşğul olacağı məsələlərlə deyil, eyni zamanda, bu və ya digər məsələyə mövqeyi ilə də diqqəti cəlb edir. Beləliklə, Yevlax və Xaçmaz rayonlarına icra hakimiyyəti başçıları təyin edildi. Diqqəti cəlb edən onların çox gənc olması ilə bağlıdır.

O mənada gənc ki, bunlar artıq müstəqilliyimizin yeni nəsil anlayışına tam uyğun gəlir. Müstəqilliyimiz əldə edilən vaxt onların 10, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələkən cəmi 12 yaşları olub, 5-ci, 6-cı sinifdə oxuyublar. Onların həm yeniyetmə kimi formalaşması, həm bir gənc kimi  ilkin addımlar atması və icra hakimiyyətlərində yüksək postlar tutması müstəqillik dövrünə, cənab prezidentin hakimiyyəti dövrünə təsadüf edib.

Bu baxımdan, onları artıq yeni dövrün məhsulu və eyni zamanda yeni dövrün tələblərinə cavab verəcək kadrlar hesab etmək olar…”-deyə, A. Mirzəzadə sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

İƏT-in Somali üzrə Təmas Qrupunun nazirlər iclası başlayır

Read Next

“Sivil davranışa hörmətsiz və məsuliyyətsiz yanaşan dövlət məhz Ermənistandır” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir