Onların əldə etdiyi gəlir icbari sosial sığorta ödəməyə imkan vermir- PARLAMENTİN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

5 hektara qədər torpağı olan kəndlilərin vəziyyəti nəzərə alınmalıdır.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM)ün iclasında “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) müzakirəsi zamanı parlamentin komitə sədrinin müavini Əli Məsimli deyib.

O, bu kəndlilərdən sosial sığorta haqqı alınmamasını təklif edib:

“Qanun layihəsində bu insanlar nəzərə alınsın. 5 hektara qədər torpağı olan insanlara ünvanlı sosial yardım verilməlidir, onlar məşğul əhali siyahısından da çıxarılmalıdır. Çünki bu torpaqdan hansısa gəlir götürmürlər. Onların əldə etdiyi gəlir icbari sosial sığorta ödəməyə imkan vermir. Ona görə də 5 hektara qədər torpağı olan kəndlilərlə bağlı hissə bu qanun layihəsindən çıxarılmalıdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

DTX bu dəfə-İMİŞLİDƏ…

Read Next

“Yaxşı olar ki, xaricə diplomatik fəaliyyətə ezam edilən insanların ailə üzvlərinin də həmin ölkələrin dilini öyrənməsini XİN o insanlar qarşısında tələb kimi qoysun”-DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir