Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) üzrə ərazi ilk partiya təşkilatının birgə təşəbbüsü ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş ənənəvi ağacəkmə aksiyası keçirilib.
Etikxeber.az-ın xəbərinə görə, bu haqda 5-ci dəfə deputatlığa namizəd Məlahət İbrahimqızı məlumat verib
O, sonra qeyd edib.
“Bu aksiya Mənzil İnşaatı Dövlət Agentliyinin istifadəyə verdiyi Yasamal Yaşayış Kompleksinin ərazisində ikinci dəfədir ki, təşkil olunub. Tədbirin əsas məqsədi möhtərəm prezident cənab İlham Əliyevin sərəncamı ilə elan olunmuş Azərbaycanda 2020-ci il – “Könüllülər ili” çərçivəsində gənclər arasında ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, ətraf mühitin qorunması hissini aşılamaq və ekoloji problemlərə qarşı mübarizədə gənc nəsli könüllülük fəaliyyətinə səsləməkdir”-deyən İbrahimqızı həmçinin, 2 Fevral – Gənclər Günü münasibəti ilə gəncləri təbrik edərək bildirib:
“Gənclər Günü 23 il əvvəl ulu öndər Heydər Əliyev tərəfindən təsis edilib. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev dövlət gənclər siyasətini uğurla davam etdirir. Ölkə başçısı çıxışlarında gənclərə güvəndiyini deyir, onları millətin gələcəyi adlandırır. Hazırda ölkəmizdə gənclərə xüsusi önəm verilir. Azərbaycan gəncləri demək olar ki, bütün sahələrdə uğur qazanırlar. Onların bir qismi səngərlərdə Vətənin keşiyini çəkir, bəziləri mötəbər yarışlarda bayrağımızı ucaldır. Dünyanın aparıcı universitetlərində təhsil alan, öz intellekti, biliyi, bacarığı ilə seçilən gənclərimiz də var”.
Aksiya zamanı 200-ə yaxın yeni ağac əkilmiş, həmçinin ərazidə keçən il əkilmiş Eldar şamı, çinar, zeytun ağacları və bəzək kollarından ibarət 100-dən çox bitkiyə qulluq göstərilib.

Etikxeber.az





