“Onun ayaq basdığı, Ucaldığı, Adını daşıdığı bu yüksəklikdə Azərbaycan Bayrağı dalğalanır!…”-SABİQ DEPUTAT YAZDI – (İKİNCİ-SONUNCU HİSSƏ)

“Qarabağ müharibəsi ilə həmyaşıd idi…”

(Yazının davamı: İkinci-sonuncu hissə)

… Mübarizin igidliyi, fədakar döyüş əzmkarlığı və rəşadəti Cənab Prezident tərəfindən yüksək dəyərləndirilib, Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Mübariz İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə doğulduğu Biləsuvar rayonunun orta məktəblərindən birinə adı verilibdir, Biləsuvardakı küçələrdən biri Mübarizin adını daşııyr.

…Şəhidlik yenilməzlik rəmzidir. Onun yenilməzliyi dillərə dastandır. Mübarizin mübarizliyindən dünya danışır.

Rusiya prezidenti Vladimir Putin Mübariz İbrahimov haqqında danışarkən heyrətini gizlədə bilmirdi:

“Mən çox qəribə və maraqlı məlumat almışam. Azərbaycanda yeni Rembo peyda olub. Bir gecə silahlanıb təkbaşına erməni ordusuna qarşı hücuma keçərək 135 nəfər erməni əsgər və zabitini qanına qəltan edib. Əgər rəsmi məlumat olmasaydı, mən bu xəbərə inanmazdım. Çünki biz bu cür igidlikləri kinolarda görmüşük. Rembo kinoda 200 nəfərdən çox adam öldürəndə, deyirsən ki, bu fantastikadır. Axı, necə ola bilər ki, bir nəfər silahlı 200 nəfər silahlıya atəş açır, 200 nəfərin atdığı atəş isə bu bir nəfərə dəymir, həmin bir nəfər isə sərrast atəşlə hamısını yerə sərir. Bu heç cür ağılabatan deyil. Deməli, Rembo təkcə kinoda deyil, həyatda da var”.

… Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Mübariz İbrahimovu bütün türk dünyasının qəhrəmanlıq örnəyi hesab etdiyini bildirib.

Cənab Ərdoğan ötən il dekabrın 10-da Azadlıq meydanında keçirilən Zəfər Paradında bir daha Mübarizə böyük ehtiramını nümayiş etdirərək “Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür” deyə xatırlatdı.

Qardaş ölkədə işıq üzü görən baxımlı film və seriallarda Mübariz İbrahimovun adı sonsuz hörmət və məhəbbətlə yada salınır, Onun haqqında kitablar nəşr edilir.

… Mübariz şəhidlərimizin sərdarıdır. Hər bir əsgər, gizir Mübarizilik məktəbində yetişib, Mübarizi örnək hesab edirlər. Müzəffər Ordumuz 44 günlük Vətən savaşında Mübarizin şəhid olduğu yüksəklikdəki postumuza üçrəngli bayrağımızı ucaltdı. Mübarizin ayaq izləri qalan, qanı hopan bu müqəddəs torpaq erməni murdarlarından təmizləndi, paklaşdı, Mübarizin qisası alındı, ruhu şad oldu.

Onun ayaq basdığı, Ucaldığı, Adını daşıdığı bu yüksəklikdə Azərbaycan Bayrağı dalğalanır!…

Cəsurluq, igidlik, mərdlik, kişilik məktəbi olan Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir.

Onun əziz xatirəsi heç vaxt unudulmayacaq, hər zaman qəlbimizdə yaşayacaqdır.

Mübarizin və bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm!

Vaqif ABDULLAYEV,

Sabiq deputat

Etikxeber.az

Read Previous

Metronun fəaliyyəti yalnız Operativ Qərargahın qəbul etdiyi qərara əsasən-BƏRPA OLUNACAQ – RƏSMİ

Read Next

Millət vəkili-“HESABAT” VERDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir