“Onun haqqında yazılarımı ömür boyu davam etdirəcəyəm…” – XALQ YAZIÇISI

Heydər Əliyev bir ümmandır və mən onun haqqında yazılarımı ömür boyu davam etdirəcəyəm. Hazırda “Zərifə və Heydər Əliyevlər. Əbədi sevgi” kitabının əlyazması yazı masamın üstündədir. Ümid edirəm ki, çox maraqlı kitab alınacaq və biz onu gələn il burada təqdim edəcəyik.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Heydər Əliyev. Şəxsiyyət və zaman” roman-tədqiqatının Moskvada keçirilən təqdimat mərasimində kitabın müəllifi, Xalq yazıçısı Elmira Axundova jurnalistlərə bildirib.

Millət vəkili qeyd edib ki, “Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabının birinci nəşri 2017-ci ildə dərc edilib. Həmin üçcildlik Rusiyada çox uğurla yayıldı. Biz belə qərara gəldik ki, daha mükəmməl, nəfis tərtib edilmiş ikinci nəşri oxuculara təqdim edək.

Xalq yazıçısı xatırladıb ki, ulu öndər Heydər Əliyev haqqında yeddicildlik nəşrin dördüncü cildi də Moskvada təqdim olunub. Həmin əsərlər ingilis, türk, macar, tacik və rus dillərinə tərcümə edilib.

Etikxeber.az

Read Previous

“Türk Dünyasında Parlament Diplomatiyası” – ƏHLİMAN ƏMİRASLANOV YAZDI

Read Next

Ziyad Səmədzadə-AZƏRBAYCAN-RUSİYA MÜNASİBƏTLƏRİNDƏN YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir