“Onun qəlbi xalqla döyünür…” – HADİ RƏCƏBLİ

“Mehriban xanımın ictimai-siyasi həyatdakı yeri və ruhu göz önündədir. Onun qəlbi xalqla döyünür. Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti olduğu dövrdə bir sıra məktəblərin tikintisində, digər xeyriyyəçilik fəaliyyətinin həyata keçirilməsində böyük fəallıq göstərib”.

Bunu Etikxeber.az-a açıqlamasında Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti təyin edilməsinə münasibət bildirən  Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli deyib. 

H.Rəcəbli Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilməsini cəmiyyətin gözlədiyi qərarlardan biri olduğunu deyib:

“ Mehriban xanımın ictimai-siyasi həyatdakı yeri və ruhu göz önündədir. Onun qəlbi xalqla döyünür. Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti olduğu dövrdə bir sıra məktəblərin tikintisində, digər xeyriyyəçilik fəaliyyətinin həyata keçirilməsində böyük fəallıq göstərib. Xəstə uşaqların sosial müdafiəsində, sosial evlərin bərpasında, gənc ailələrə çox böyük dəstək göstərib və hər zaman xalqın yanında olub. Həmçinin cəmiyyətin çox böyük ehtimadını qazanıb.

mehriban xanim-preziodent

Mehriban xanım Milli Məclisin deputatı olaraq, dəfələrlə əfv təşəbbüsləri ilə çıxış edib. Bununla da yüzlərlə ailəyə xoşbəxtlik və sevinc gətirib. Həmçinin Mehriban Əliyevanın beynəlxalq aləmdə yeri, nüfuzu və çıxışları göz önündədir. Ölkəmizdə nüfuzlu idman oyunlarının keçirilməsi bir daha göstərdi ki, Mehriban xanım çox təşkilatçı bir insandır. Yüksək təşkilatı keyfiyyətlərə malik olan liderdir”.

Komitə sədri həmçinin qeyd edib ki, M. Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilməsi ilə onda olan bütün keyfiyyətləri özünü daha qabarıq şəkildə göstərməyə imkan yaradacaq:

“Həmçinin, cənab Prezidentimizə ən sədaqətli insanlardan biri kimi hakimiyyətin möhkəmlənməsi üçün xüsusi rol oynayacaq.  Eləcə də ölkəmiz və millətimiz üçün daha da yaxşı işlərin keçirilməsi üçün cənab Prezidentə köməklik edəcək. Mehriban xanımın birinci vitse-prezident təyin edilməsi  Prezidentin gərgin fəaliyyətinin  bölünməsinə kömək edəcək. Bu gün ölkəmizdə çox böyük işlər və islahatlar aparılır. Mehriban xanım müasir düşüncəsi və dünyagörüşü ilə bu islahatların keçirilməsində cənab Prezidentə yardım göstərəcək. Həmçinin hər zaman şahidi oluruq ki, Mehriban xanım Prezidentin daim yanında olaraq bütün tədbirlərdə iştirak edib. Onun iş metodunu, azərbaycançılıq ideyalarını çox yaxşı bilir”.

hadi racabli-hadi

Etikxeber.az

Read Previous

Azərbaycan ictimaiyyəti Mehriban Əliyeva ilə haqlı olaraq fəxr edir – İBRAHİMOV

Read Next

Mehriban Əliyeva danışdı: “Yüksək etimada görə, dərin minnətdarlığımı bildirirəm”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir