“Operativ Qərargahla məsləhətləşərək, İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər etməliyik”-MUSA QULİYEV

Koronavirus pandemiyasının ölkəmizdə ikinci dalğasının yaranmasının yolverilməzliyi ilə bağlı ölkə başçısının çağırışına mən də qoşuluram.

Etikxeber.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin (MM) keçirilən iclasında Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O, bildirib ki, dünən Prezident İlham Əliyev və I Vitse-prezident Mehriban Əliyeva ilk modul tipli xəstəxananın açılışında iştirak ediblər:

“Biz hər birimiz izolyasiya tədbirlərinə ciddi şəkildə əməl etməliyik. Bu gün kiminsə koronavirusdan ölməsində hər birimizin məsuliyyəti var. Düşünürəm ki, biz Operativ Qərargahla məsləhətləşərək,  İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər etməliyik”.

Spiker Sahibə Qafarova isə bildirib ki, bütün deputatlar harada çıxış edirlərsə, tövsiyələri nəzərə alaraq, seçiciləri məlumatlandırmalıdırlar.

Eyni zamanda, qeyd edib ki, bu barədə deputatlara, partiya qruplarına da mesaj yazıb.

“Bu gün ölkənin müxtəlif xəstəxanlarında çalışan tibb personalının təhlükəsizliyini təmin etmək üçün işlər görülür”.

Bunu isə millət vəkili Soltan Məmmədov deyib.

O, bildirib ki, hazırda Türkiyədə təhsil almış 19 azərbaycanlı həkim ölkəmizdə fəaliyyət göstərir:

“Bakıətrafı bölgələrdə və kəndlərdə səhiyyə sisteminin daha da inkişaf etdirilməsi üçün görüləsi işlər çoxdur. Bu gün hər birimiz pandemiya ilə mübarizədə əldə etdiyimiz uğuru qorumalıyıq”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Fazil Mustafa İranla bağlı qalmaqallı məsələyə-TOXUNDU VƏ DEDİ Kİ…

Read Next

“Polisin də gücü çatmır: Bu məqamda əhali arasında nağdsız ödənişlərlə bağlı maarifləndirmə aparılmalıdır”-NAQİF HƏMZƏYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir