Milli Məclisdə (MM) bir aya yaxın müddət ərzində davam edən büdcə müzakirələri bu gün başa çatıb.
Etikxeber.az-ın xəbərinə görə, spiker Oqtay Əsədov büdcə müzakirələrində iştirakına görə baş nazir Novruz Məmmədov başda olmaqla, hökumət üzvlərinə minnətdarlığını bildirib.
O, əlavə edib ki, birgə müzakirələrdən keçirilən büdcə zərfi ölkənin inkişafına növbəti töhfəsini verəcək.
Spikerin sözləri millət vəkilləri və hökumət üzvləri tərəfindən alqışlarla qarşılanıb.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az