Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI

9 fevralda növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) 45 saylı Abşeron Seçki Dairəsindən deputatlığa namizədi, spiker Oqtay Əsədovun seçiciləri ilə görüşlər davam edir.
Etikxeber.az-a namizədin Seçki Qərargahından verilən məlumata görə, növbəti görüş Abşeron rayonu, Masazır kəndində keçirilib.
“Deputatlığa namizəd Oqtay Sabir oğlu Əsədovun vəkilləri ölkə prezidenti cənab İlham Əliyevin Abşeron rayonuna olan diqqət və qayğısından, rayonun mövcud problemlərindən danışıb, o cümlədən, seçicilərin problemləri ilə maraqlanıblar. Görüşdə çıxış edən seçicilər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Masazır kəndinə içməli su xəttinin çəkilməsi, kəndin yol infrastrukturunun yenilənməsi, müharibə əlillərinə və şəhid ailələrininə göstərilən qayğıdan söz açdılar. Onlar 9 fevralda fəal olacaqlarını və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədi Oqtay Əsədova səs verəcəklərini bildiriblər” – deyə, Seçki Qərargahından bildirilib.
















Etikxeber.az





