“Oqtay Əsədovun xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlar əsassızdır” – AKİF TƏVƏKKÜLOĞLU

Milli Məclisin Sədri Oqtay Əsədovun səhhətində problem yaranması və onun xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlar əsassızdır.

Etikxeber.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin (MM) mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

“Oqtay Əsədovun səhhətində problem yaranması barədə məlumatlar əsassızdır. Oqtay Əsədovun səhhətində heç bir problem yoxdur” – deyə, A. Təvəkküloğlu vurğulayıb.

Qeyd edək ki, “Turan” İA spiker və 5-ci dəfə deputatlığa namizəd O. Əsədovun Mərkəzi Klinik Xəstəxanasına yerləşdirildiyi haqda məlumat yayıb.

Etikxeber.az

Read Previous

Səsvermə-BAŞA ÇATDI

Read Next

YAP seçkilərlə bağlı ilkin mövqeyini açıqlayacaq-SAAT 21:30-DA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir