Oqtay Əsədov Avrasiya Ölkələri Parlament Sədrlərinin IV konfransında iştirak edəcək

Sentyabrın 23-də Milli Məclisin (MM) Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Qazaxıstan Respublikasının paytaxtı  Nur-Sultan şəhərinə səfər edəcək.

Etikxeber.az-ın xəbərinə görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Xanlar Fətiyev, Cavanşir Feyziyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Milli Məclisin sədri burada keçiriləcək Avrasiya Ölkələri Parlament Sədrlərinin IV konfransında iştirak edəcək.

Tədbirə Avropa və Asiyanın müxtəlif ölkələrinin parlament rəhbərləri və nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri dəvət olunublar.

“Böyük Avrasiya: Dialoq. Etimad. Tərəfdaşlıq” mövzusunda keçiriləcək konfransın əsas məqsədi Avrasiya məkanında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün Avropa və Asiyanın qanunverici orqanlarının rəhbərləri və parlamentlərarası təşkilatların başçıları arasında birbaşa dialoqun qurulmasıdır.

Səfər çərçivəsində Milli Məclis Sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulmuşdur.

Səfər sentyabrın 24-də başa çatacaq.

Etikxeber.az

Read Previous

YAP-ın Şirvan bölgəsi üzrə təşkilat sədrlərinin müşavirə keçirildi – FOTO

Read Next

Xələf Xələfovla bağlı daha bir – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir