Orden haqları tanınmayan İkinci Vətən Müharibəsi Şəhidləri-MİNGƏÇEVİRLİ İLKİN AĞAKİŞİYEVLƏ SAMUXLU TALEH YUSİFOVUN BU GÜN ƏBƏDİYYƏTƏ UĞURLANDIĞI GÜNDÜR…

İkinci Vətən Müharibəsi Şəhidlərindən-Samuxlu Taleh Gündüz oğlu Yusifov və Mingəçevili İlkin Elxan oğlu Ağakişiyevin bu gün torpağa tapşırılmasından, Əbədiyyətə uğurlanmasından iki il keçir.

Bu gün hər iki Şəhidin Anım Günüdür.

Etikxeber.az xəbər verir ki, Taleh Yusifov 1994-cü ilin noyabrın 18-də Samux rayonunun Ziyadlı kəndində sadə bir ailədə anadan olub.

Ailədə üç uşaq-bir bacı, iki qardaş olublar.

Taleh evin kiçik övladı, sonbeşiyi idi.

İkinci Vətən Müharibəsi başlayan ilk gündən döyüşlərə atılıb, Murovdaq, Füzuli, Zəngilan, Cəbrayılı, Qubadlı və Laçın istiqamətlərində döyüşüb.

O, Lacın uğrunda döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb, Şəhidliyi isə noyabrın 26-da təsdiqlənib və nəşi ailəsinə təhvil verilib.

Bir gün sonra, noyabrın 27-də də doğulub boya-başa çatdığı Ziyadlı kəndində dəfn olunub.

Şəhidliyindən sonra İgidliyinə, Qəhrəmanlığına görə, Ali Baş Komandan tərəfindən 5 medalla-“Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Ailəsinin dəfələrlə müraciət etməsinə baxmayaraq, Şəhidin hələ də orden Haqqı təmin edilməyib…

Taleh həm də subay olub.

İlkin Ağakişiyev isə  1995-ci ilin sentyabr ayının 17-də Mingəçevir şəhərində anadan olub.

Ailədə iki övlad-bir bacı, bir qardaş olublar.

O, Mingəçevir şəhər 10 saylı məktəbin məzunu olub.

Musiqi təhsilini isə Mingəçevir  Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbində alıb.

2013-2017-ci illərdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında ali təhsil alıb.

2017-2018-ci illərdə Ordu sıralarında xidmət edib.

O da Taleh kimi İkinci Vətən Müharibəsinin ilk günündən döyüşlərdə olub, Ağdərə-Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib.

Və oktyabr ayında ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ailəsinə yalınız 56 gündən sonra Şəhidliyi xəbəri gəlib və nəşi noyabrın 27-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra medallarla təltif olunub.

İlkinin də orden Haqqı təmin olunmayıb.

İlkin də subay olub.

Məkanları cənnətlik, ruhları şad olsun!

Ruhları qarşısında baş əyirik!

Nur içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Noyabrın 8-də xalası oğlu ilə birlikdə Şuşada Şəhid olan, nəşi 18 gündən sonra Əbədiyyətə uğurlanan-TƏBRİZ CÜMƏZADƏNİN BU GÜN ANIM GÜNÜDÜR…MƏZARI İZDİHAMLI ŞƏKİLDƏ ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (5)

Read Next

Füzuli şəhərinə növbəti köç karvanı-YOLA DÜŞDÜ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir