Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Samux rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Taleh Gündüz oğlu Yusifovun doğum günüdür.
Bu gün Taleh Yusifovun 29 yaşı tamanm olur.
Bu, həm də Taleh Yusifovun Cənnətdəki üçüncü doğum günüdür.
Etikxeber.az xəbər verir ki, Taleh Yusifov 1994-cü ilin noyabrın 18-də Samux rayonunun Ziyadlı kəndində dünyaya gəlib.
Ailənin üç övladından, iki qardaşdan biri və evin sonbeşiyi olub.
Samux rayon Ziyadlı kənd İmadəddin Nəsimi adına tam orta məktəbdə oxuyub.
Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb və Əsgərliyini başa vurduqdan sonra evinə dönüb.
İkinci Vətən Müharibəsi başlayan ilk gündən də döyüşlərə atılıb.
Döyüş yolu da uzun olub, Murovdağ, Füzuli, Zəngilan, Cəbrayılı, Qubadlı və Laçın istiqamətlərində döyüşüb.
Ailəsi ilə axırıncı dəfə noyabrın 3-də danışıb, ondan sonra Talehdən xəbər almaq mümkün olmayıb.
Taleh Lacın uğrunda döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb, Şəhidliyi isə noyabrın 26-da təsdiqlənib və nəşi ailəsinə təhvil verilib.
Noyabrın 27-də də doğulub boya-başa çatdığı Ziyadlı kəndində Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra 5 medalla-“Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Ancaq ailəsi övladlarının həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir və tələb edir.
Bununla bağlı aidiyyatı qurumlara dəfələrlə müraciətlər də olunub.
Ziyadlı kəndində adını daşıyan küçə var.
Taleh həm də subay olub.
Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az