Orden Haqqı hələ də tanınmayan-MİNGƏÇEVİRLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ TELMAN ALLAHVERƏNOVUN BU GÜN ANIM GÜNÜDÜR…

Mingəçevir şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Telman Fazil oğlu Allahverənovun Anım Günüdür.

Bu gün Telman Allahverənovun Əbədiyyətə uğurlanmasından üç il keçir.

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Mingəçevir şəhər Şəhidlər Xiyabanında məzarı ziyarət olunacaq, məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, “Quran” oxunacaq, qısa çıxışlar olunacaq.

Şəhidin məzarını ziyarətdən sonra ailəsinin yaşadığı evdə Anım mərasimi keçiriləcək, adına ehsan veriləcək, bir daha ruhuna dualar ediləcək.

Etikxeber.az xəbər verir ki, əslən Qubadlılı olan Telman Allahverənov 1995-ci ilin 7 iyul tarixində Mingəçevir şəhərində dünyaya gəlib.

Ailədə 3 övladından biri, iki bacının tək və nişanlı qardaşı olub.

2015-2017 illərdə həqiqi hərbi xidmətini yerinə yetirib və İkinci Vətən Müharibəsinə qədər Mingəçevirdə müxtəlif sahələrdə çalşıb.

İkinci Vətən Müharibəsi başlamazdan 6 gün öncə, 21 sentyabr tarixində isə səfərbərliyə cəlb olunub.

Müharibə başlayan ilk gündən də döyüşlərdə olub.

Döyüş yolu isə cəmi 5 gün çəkib.

Oktyabrın 1-ində Suqovuşan istiqamətində döyüşlərdə Şəhidlik məqamına ucalıb.

Amma nəşini uzun müddət əldə etmək mümkün olmayıb.

Nəşi yalnız 63 gün sonra, dekabr ayının 4-də ailəsinə təhvil verilib və elə həmin gün Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Ailəsi, valideynləri isə övladlarının həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir və tələb edir.

Məkanı cənnətlik olsun!

Nur içində uyusun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Cənnətdəki dördüncü doğum günü, 28 yaşı taman olan-AĞCABƏDİLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ NURLAN QULİYEV…

Read Next

Bu yollarda sıxlıq və tıxacdır-BAKIDA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir