Orden Haqqı hələ də tanınmayan Şəhid Vüsal Teymurovun ailəsinin üzüntüsünə, narahatçılığına-SON QOYULACAQMI? FÜZULİDƏN ŞUŞAYACAN DÖYÜŞ YOLU KEÇƏN ŞƏHİDİMİZ ORDENLƏ TƏLTİF EDİLƏCƏKMİ?

Vüsal Zakir oğlu Teymurov…

Haqqında sosial şəbəkə hesablarımda dəfələrlə bəhs, paylaşımlar etdiyim, barəsində Etikxeber.az-da yazılar yazdığım İkinci Vətən Müharibəsi Şəhidi, Nur üzlü Vətən sevdalımız…

Əslən Lənkəranlı, özü isə Bakı-Səbail, Badamdar doğumlu…

Ailənin üç övladından biri…

Ali təhsilli və subay…

İkinci Vətən Müharibəsinin könüllü iştirakçısı…

Oktyabr ayının 5-dən Şuşa şəhəri işğaldan azad olunan günə, noyabrın 8-nə kimi Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı Zəngilandan Şuşayacan uzun və şərəfli-35 günlük döyüş yolu keçən Qəhrəman, İgid Azərbaycan övladı…

Adları çəkilən bölgələrin, Vətən torpaqlarının murdar erməni işğalından azad olunmasında iştirak edən Vüsal 28 il 6 aydan sonra yağı tapdağından qurtulan Şuşamızda, noyabrın 8-də elə Şuşa şəhərində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Müharibənin başa çatmasına, tarixi Qələbə və Zəfərimizə cəmi saatlar, cəmi iki gün qalmış gözlərini Əbədiyyətə yumub, Haqqın dərgahına qovuşub…

Və nəşi 3 gün sonra-noyabrın 11-də Badamdar qəsəbəsindəki Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra isə 5 medalla təltif olunub…

Haqqıdır, Haqqı etdiyini də qanı, canı ilə əldə edib, qazanıb…

Amma və lakin…

Şəhidliyindən 2 il 4 ay keçməsinə baxmayaraq, hələ də oden Haqqını ala bilməyib, ordenlə təltif olunmayıb…

Hansı ki, keçdiyi şərəfli döyüş yoluna, göstərdiyi İgidlik və Qəhrəmanlıqlara görə ölkəmizin ali ordenlərindən birini tam və çoxdan Haqq edir…

Ailəsinə aidiyyatı qurum və şəxslər tərəfindən vədlər, sözlər verilsə də, hələ də bu istiqamətdə hansısa addım yoxdur…

Bu isə Şəhidimizin ailəsini, övlad acısı ilə yanıb qovrulan valideynlərini çox üzür, çox üzür…

Şəhidimizin ailəsi, valideynləri övladlarının da ali ordenlərimizdən birinə təqdim olunması və ordenlərimizdən biri ilə təltif edilməsini istəyir və tələb edirlər…

İstək və tələblərində də tam haqlıdırlar…

Odur ki, nəhayət, ailəsinin haqlı istək və tələbi nəzərə alınmalı, reallaşdırılmalı və Şəhidimizin çoxdan Haqq etdiyi orden Haqqı tanınmalıdır.

İnanmaq istərdik ki, belə də olacaq, Şəhidimizin ailəsinin üzüntüsünə, narahatçılığına son qoyulacaq və yaxın gələcəkdə ordenlərlə təltif olunan Şəhidlərimiz, Vətən sevdalılarımız arasında Vüsalın da adı olacaq!

Ruhu şad, məkanı cənnətlik olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 36 yeni yoluxma-DAHA 3 ÖLÜM…

Read Next

Sıxlıq olan yollar-BAKIDA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir