Ordenlə təltif olunanların adları küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə veriləcək…-BİR NEÇƏ QANUNA DƏYİŞİKLİK EDİLƏCƏK

Vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunanların adları küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə veriləcək.

Etikxeber.az xəbər verir ki, bu, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanları, Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı Qəhrəmanlarının, habelə vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunanların adları küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə veriləcək.

Qüvvədə olan qanuna görə, Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı Qəhrəmanlarının və onlara bərabər tutulanların, habelə vətən uğrunda döyüşlərəgörə azı iki ordenlə təltif olunanların adları küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilir.

Eyni zamanda, Vətən Müharibəsi qəhrəmanlarının həyatı ilə bağlı qurmalar, mənzillər, xatirə yerləri, sənədlər və əşyalar tarixi abidələr sayılacaq.

Bununla bağlı isə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik təklif edilir.

Həmçinin, “Vətən Müharibəsi Qəhrəmanı”nın tabutu hərbi ehtiram göstərilməsi zamanı Dövlət bayrağı ilə örtüləcək.

Bununla əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsinə dəyişiklik təklif edilir.

Təklifə əsasən, tabutu hərbi ehtiram göstərilməsi zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı ilə örtülən şəxslərin əhatə dairəsi genişləndirilir.

Layihəyə əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, “Zəfər” və “Qarabağ” ordeni ilə təltif edilmiş bu sıraya daxil edilir.

Etikxeber.az

Read Previous

Külək əsəcək, yağış yağacaq-SABAH

Read Next

Kazım Qurbanov 2-ci dərəcəli “Əmək” ordeni ilə-TƏLTİF EDİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir