“Ordubad rayonu ərazisinə raket zərbəsi endirilməsi Ermənistanın bütün vasitələrlə münaqişənin coğrafi əhatəsini genişləndirməyə çalışdığına dəlalət edir”-PREZİDENTİN KÖMƏKÇİSİ

Ermənistan bütün vasitələrlə münaqişənin coğrafi əhatəsini genişləndirməyə çalışır.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

“Ermənistan silahlı qüvvələri Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisinə raket zərbəsi endirib. Bu, Ermənistanın bütün vasitələrlə münaqişənin coğrafi əhatəsini genişləndirməyə çalışdığına dəlalət edir. Münaqişə bölgəsindən kənarda olan Azərbaycan şəhərlərinə raketlər atılır. Bütün məsuliyyət Ermənistanın üzərinə düşür” – deyə, H. Hacıyev qeyd edib.

Etikxeber.az

Read Previous

Düşmən Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini atəşə tutur-MÜDAFİƏ NAZİRLİYİ – ORDUBAD RAYONU DA RAKET ZƏRBƏSİNƏ MƏRUZ QALIB – YENİLƏNİB – (2) – FOTOLAR

Read Next

“Prezidentin “France 24”ə müsahibəsi erməni yalanlarına vurulan növbəti zərbədir”-QƏNİRƏ PAŞAYEVANIN BAXIŞI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir