“Ordumuz Ali Baş Komandanın istənilən tapşırığını yerinə yetirmək qüdrətindədir” – DEPUTAT

Bu gün Azərbaycan xalqının və dövlətinin tarixində, həyatında ən əlamətdar günlərdən biridir. Bu gün Azərbaycan Milli Ordusunun, Silahlı Qüvvələrinin yaranması günüdür. Düz 101 il öncə bu günün, bu tarixin əsası qoyulub və 1998-ci ildən də 26 iyun Silahlı Qüvvələrin yaranma günü kimi qeyd edilir. Bu, bizim qürür, şərəf, iftixar günümüzdür.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

O, qeyd edib ki, bu gün Azərbaycanın Silahlı Qüvvələri döyüş qüdrətinə və təchizatına görə dünyanın ən güclü orduları sırasındadır və bu, çox mühüm amildir.

Onun sözlərinə görə, nizami ordunun gücünü, qüvvətini saxlamaq üçün böyük əzm və iradə lazımdır.

“Bunu da qüdrətli sərkərdə bacarığı olan Prezident, Ali Baş Komandan İlham Əliyev edə bilib. Quruculuğu ümummilli lider Heydər Əliyevin müstəqil dövlətçilik strategiyasının reallaşması dövründən başlayan möhtəşəm Azərbaycan Ordusu, Prezident İlham Əliyevin rəhbərliyi altında sözün həqiqi mənasında dünyanın qüdrətli silahlı qüvvələri sırasında özünə layiqli yer tutub.Biz nizami ordunun gücünü, qüvvətini məlum Aprel döyüşlərində, 2018-ci ilin tarixi “Cünnüt əməliyyatı”nda bir daha görmüş olduq.

harbi parad

ELDENIZ-1

Hər iki əməliyyat zamanı Azərbaycan Ordusunun nələrə qadir olduğu və ola biləcəyi bütün dünyaya nümayiş etdirildi. Bütün dünya bir daha bildi ki, güclü, inkişaf etmiş Azərbaycanın arxasında həm də güclü, qüdrətli, nizami Ordusu dayanır. Odur ki, Ulu Öndərimizin ideyalarına, Ali Baş Komandanımızın əmrlərinə sadiq olan hərbçilərimiz, Azərbaycan əsgəri quruda, havada və dənizdə, hər yerdə Vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə yetirir. Vətənin hər bir çağırışına hər an hazır vəziyyətdə dayanmışdır ki, bu da bizim, Azərbaycan xalqının qürur yeri, fəxr mənbəyidir”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Coğrafi məkan və milliyyətindən asılı olmayaraq, qadınlar özlərinə inanmalıdır” – SEVİNC FƏTƏLİYEVA

Read Next

“Ordu bizim dövlətçiliyimizin, təhlükəsizliyin və sabitliyin dayağıdır” – MEHRİBAN ƏLİYEVA AZƏRBAYCAN XALQINI TƏBRİK ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir