“Ordumuz daha böyük nailiyyətlərə qadir və hazırdır” – BAHAR MURADOVA – FOTOLAR

Milli Məclis sədrinin müavini,  parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova Füzuli rayonunun Horadiz şəhərində sakinlərlə görüşüb.

Etikxeber.az xəbər verir ki, Bahar Muradova, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və ictimaiyyət nümayəndələri əvvəlcə mərhum Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq, xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, rayonda gedən sosial-iqtisadi inkişafdan, həyata keçirilən tikinti-quruculuq işlərindən, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, məcburi köçkünlərə, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb.

Milli Məclis sədrinin müavini  isə Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra qazanılan uğurlardan söz açıb, respublikamızda bütün sahələrdə əldə edilən nailiyyətlərin təməlində Heydər Əliyev ideyalarının dayandığını, onun dövlətçilik siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

bahar-1

bahar-3

Bildirib ki, müstəqil Azərbaycan qarşısına qoyduğu hədəflərə doğru inamla irəliləyir. Azərbaycan öz tarixinin şərəfli bir dövrünü yaşayır: “Azərbaycan dövlət olaraq çox güclü, xalq olaraq inamlıdır”.

Bahar Muradova Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində cari ildə imzalanan sərəncamlardan bəhs edərkən bildirib ki, atılan addımlar sosial inqilab xarakteri daşıyır. Ölkəmizdə yürüdülən siyasətin təməlində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılması dayanır. Son vaxtlar imzalanan fərman və sərəncamlar, sosial-iqtisadi sahədə aparılan islahatlar Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır.

Azərbaycanda ordu quruculuğu sahəsində görülən işləri diqqətə çatdıran Bahar Muradova 1994-cü ilin uğurlu Horadiz əməliyyatından və 2016-cı ilin Aprel zəfərindən danışıb. Azərbaycan Ordusunun Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlərə qadir və hazır olduğunu bildirib. O, Lələtəpə yüksəkliyində ucaldılan üçrəngli bayrağımızın hazırda işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminliyini ifadə edib.

Yığıncaqda çıxış edən rayon sakinləri Prezident İlham Əliyevin islahatlar kursunu dəstəklədiklərini vurğulayaraq, bütün sahələrə, xüsusən qaçqın və məcburi köçkünlərə göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Etikxeber.az

Read Previous

“Tanınmışlara Gürcüstana giriş yasağı qoyulub…” – Deputatdan Məmmədyarova – TƏNQİD VƏ ÇAĞIRIŞ

Read Next

Qoşulmama Hərəkatının Nazirlər Şurası Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəklədi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir