“Ordumuz Zəfər tarixi yazmaqdadır və müqəddəs Qələbəyə çox qalmayıb…”-ELDƏNİZ SƏLİMOV

Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu növbəti dəfə tarix, zəfər yazmaqdadır. İşğalçı və təcavüzkar Ermənistanın növbəti təxribatı nəticəsində yaranmış gərginliklə bağlı Azərbaycan Ordusu, Silahlı Qüvvələrimiz bütün cəbhə boyu əks-hücum əməliyyatına başlamış və bir daha-2016-cı ilin apelin döyüşlərində, 2018-ci ilin Cünnüt əməliyyatında və bu ilin iyul-Tovuz hadisələri zamanı olduğu kimi, düşmənə, işğalçı orduya öz gücünü göstərmişdir. Döyüş əməliyyatları, Ordumuzun zəfəri hələ də davam etməkdədir.

Çox sevindirici və əlamətdar haldır ki, Ordumuz Cəbrayıl və Füzüli rayonlarının 27 ildən bu yana işğal altında bir neçə kəndini, Murov dağ silsiləsindəki Murov zirvəsini azad etmiş, Ağdərə istiqamətində hakim-strateji yüksəklikləri nəzarətə gptürmüşdür. Düşmən böyük itkiyə məruz qalmışdır, ölü və yaralı 550-dən artıqdır. Bu, xalqımızın, dövlətimizin, Ordumuzun birlikdə zəfəridir. Bu, Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun açıq-aşkar qüdrəti, gücüdür. Hər birimiz bununla fəxr edirik, qürur hissi keçiririk və bu hissləri sözlə ifadə etmək üçün də kəlmələr belə yetmir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Millət vəkili bildirib ki, dünən Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev öncə Azərbaycan xalqına tarixi müraciət etdi, Ermənistanın bir daha iç üzünü, faşist mahiyyəti açdı, onun təxribatçı və fitnəkar addımlarının cavabsız qalmadığını, qalmayacağını, Azərbaycanın münaqişəni birdəfəlik həll edəcəyini, Qələbə, Zəfər qazanacağını bəyan etdi, eyni zamanda, Tüəhlükəsizlik Şurasının iclasını çağıraraq, bir daha özünün, Azərbaycanın münaqişə və yaranmış vəziyyətlə bağlı birmənalı mövqeyini ifadə etdi.

“Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır”-deyən Ali Baş Komandan bəyan etdi ki, bu münaqişənin yarımçıq həlli lazım deyil. Çünki biz öz torpağımızdayıq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpağımızı heç kimə verən deyilik. Heç vaxt imkan verə bilmərik ki, Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövləti yaradılsın. Heç vaxt imkan verə bilmərik və bugünkü hadisələr onu bir daha göstərir.

Dövlət başçımız həminçinin, qətiyyətli şəkildə bəyan etdi ki, Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir və biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun. Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun.

Biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik.

Bəli, biz sülh istəyirdik, müharibə istəmirdik, biz sülh tərəfadrı idik, sülhə, təhlükəsizliyə təhdid ola biləcək bütün addımlardan çəkindirik və qarşı, düşmən tərəfi də buna dəvət edirdik. Amma düşmən, işğalçı yenə öz murdar simanı ortaya qoydu, sülhə, təhlükəsizliyə ciddi təhlükə olduğunu nümayiş etdirdi və layiqli, kəskin cavabını da aldı, almaqdadır.

Qarabağ məsələsində Azərbaycanın güzəşti olmayıb, bu gün də yoxdur, bundan sonra da mümkün olmayacaq. Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanın olub, Qarabağ Azərbaycanın da olacaq. Qələbə bizimlədir və bizim olacaq.

Eyni zamanda onu da deyim ki, dünən Milli Məclisin təcili iclasında qəbul edilmiş qərarla ölkədə hərbi vəziyyətin elan edilməsi qərara alındı və bu qərar dərhal ölkə Prezidentinin imzaladığı Fərmanla hüquqi qüvvəsinə mindi. Artıq gedəcən ölkəmizdə hərbi vəziyyət rejimi hökm sürür. Bu axşamdan isə bir neçə şəhər və rayonumuzda komendant saatı tətbiq olunacaq. Hesab edirəm ki, bunlar yerində və zamanında atılan zəruri addımlardır.

Bunlara ehtiyac var idi və xalqımız da bunu təqdir edir, alqışlayır. Xalqımız Qarabağ münaqişəsinin həlli olunmasında hər zaman olduğu kimi, bu gün də dövlətinin, Ali Baş Komandanın, Ordusunun arxasındadır, onun ətrafənda sıx birləşib, Qələbə naminə atılan bütün addımları dəstəkləyir və dəstəkləyəcək. Bütövlükdə hər birimiz bu Vətən uğrunda hər bir addıma, ölümə belə hazırıq. Burada ikinci bir mövqe olmayıb, yoxdur və olmayacaq. Bəli, Qələbə, Zəfər bizimdir və bizim olacaq. O tarixi ana çox qalmayıb”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

08:34

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az


Read Previous

Türkiyə parlamentində təmsil olunan siyasi partiyalardan-AZƏRBAYCANA NÖVBƏTİ DƏSTƏK…

Read Next

“Düşmən Goranboy rayonunu atəşə tutub”-MÜDAFİƏ NAZİRLİYİ RƏSMİSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir