“Ordumuza məxsus müxtəlif texnikanın dislokasiyanı guya əks etdirən, həqiqətə uyğun olmayan video, fotolar yayılır”-BAŞ PROKURORLUQ XƏBƏRDARLIQ ETDİ

Son günlər bəzi media vasitələri və sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus müxtəlif texnikanın hərəkətini və dislokasiyanı guya əks etdirən, həqiqətə uyğun olmayan video, fotolar və digər informasiyalar yayılır.

Etikxeber.az məlumat verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumat yayıb.

Qeyd olunub ki, süni ajiotaj yaratmaq məqsədilə dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış bu cür informasiyaların, səs yazılarının, foto və videogörüntülərin yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Azərbaycan Respublikasının Baş Prokurorluğu media subyektləri və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etməklə diqqətə çatdırır ki, qeyd olunan neqativ hallara yol vermiş şəxslər barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Etikxeber.az

Read Previous

Rüstəm İbrahimbəyovun nəşi Bakıya gətiriləcək-MARTIN 15-DƏ

Read Next

Daha 192 yeni yoluxma-DAHA 12 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir