Ordumuzun Kəlbəcərdəki mövqeləri atəşə tutuldu-MN

Mayın 19-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Etikxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Məlumata görə, Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Etikxeber.az

Read Previous

“Biz hər zaman bir olmuşuq və bundan sonra da bir olacağıq”-AZƏRBAYCAN-ÖZBƏKİSTAN PARLAMENTLƏRARASI ƏLAQƏLƏR ÜZRƏ İŞÇİ QRUPUNUN RƏHBƏRİ

Read Next

Əliyev, Mişel və Paşinyan-BRÜSSELDƏ YENİDƏN BİR ARAYA GƏLƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir