Ordumuzun mövqeləri 19 dəfə fasilələrlə atəşə tutulub-MN

Martın 13-ü axşam saatlarından martın 14-ü səhər saatlarınadək Ordumuzun mövqeləri 19 dəfə fasilələrlə atəşə tutulub.

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Qaraiman, Günəşli, Gorus rayonunun Qaraşen istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Mollabayramlı, Laçın rayonunun Cağazur, Daşkəsən rayonunun Astaf və Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Etikxeber.az

Read Previous

“Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da yaşıl enerji zonasına çevirmək planlarımız var”-AZƏRBAYCAN PREZİDENTİ – YENİLƏNİB

Read Next

“Həmid axırıncı dəfə bizimlə oktyabrın 18-də, Şəhidliyindən bir gün öncə danışmışdı…”-“QARABAĞ” ORDENLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, ƏFSANƏVİ XÜSUSİ TƏYİNATLI HƏMİD ABBASBƏYLİNİN ANASI GÜLNARƏ ABBASBƏYLİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir