Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Məlum olduğu kimi iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə yürüş keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətidən Etikxeber.az-a bildirilib ki, dinc və vətənpərvər ruhda keçən bu aksiya zamanı bir qrup şəxs ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verərək, Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olublar, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərməklə zor tətbiq ediblər.
Nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərlə yanaşı, mülki nəqliyyat vasitələrinə də ciddi ziyan vurulub. Polis əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülən operativ tədbirlərlə ictimai asayiş bərpa edilib.
Fakt üzrə başlayan əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri nəticəsində qanunsuz hərəkətlər törətməkdə şübhəli bilinən şəxslərin kimliyi müəyyən olunub. Onlardan bir qrupu şübhəli şəxs qisimində istintaqa cəlb olunuraq, törətdikləri əməlləri sübuta yetirilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə barələrində cinayət işi açılaraq, məhkəməyə göndərilib.
Məhkəmənin müvafiq qərarları onların hər biri barəsində 3 aylıq həbs-qəti imkan tədbiri seçilib.
Hazırda qanunsuz hərəkətlərə yol verən şəxslər ətrafında əməliyyat-axtarış, əməliyyat istintaq tədbirləri davam etdirilir.
07:18
***
“Dünən sosial şəbəkələrdə iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən yürüş zamanı ictimai qaydanı pozan şəxslərdən bəzilərinin polis əməkdaşları tərəfindən saxlandıqdan sonra guya pul müqabilində buraxılmalarına dair statuslar paylaşılıb”.
Bu məlumatı isə DİN öz “Facebook” səhifəsində paylaşıb.
Məlumatda qeyd edilir ki, təəssüflər olsun ki, cəmiyyətimizdə öz dövlətinə, onun qanunlarına və hamının asayişinin və təhlükəsizliyinin keşiyində duran polis əməkdaşlarına belə iftira atanlara hələ də rast gəlinir:
“Birmənalı olaraq bildiririk ki, həmin statuslarda yazılanlar qərəzdən, polisin işgüzar nüfuzuna xələl gətirən və heç bir konkret fakta söykənməyən əsassız iddiadan başqa bir şey deyil.
Onu da vətəndaşlarımızın nəzərinə bir daha çatdıraq ki, hazırda polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aksiya zamanı təxribatçı hərəkətlərə yol vermiş şəxslərin kimliyinin müəyyən edilməsi və hüquqi qiymət verilməsi istiqamətində tədbirlər görülür. İstintaq zamanı bu hərəkətlərə yol vermiş şəxslər ərazi polis orqanına dəvət edilir, təqsiri sübuta yetirilənlər barəsində müvafiq tədbirlər görülür, digərləri isə sərbəst buraxılırlar”.
Etikxeber.az