Orta məktəbi rus, ingilis dilində oxumaq istəyənlərlə bağlı – YENİLİK

Akademik: Peşəkar peşə, sənət adamlarına böyük ehtiyac var

Hələ “Ümumi təhsil haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunarkən, millət vəkilləri tərəfindən təklif olunurdu ki, sənəddəki “tədrisi dili” məsələsinə yenidən baxılsın. Belə təkliflər verilirdi.  Ancaq qeyd edim ki, təhsillə bağlı çərçivə qanunumuzda da “tədris dili” sözü özünün əksini tapıb. Dünya qanunvericiliyində də məhz belədir.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Elm və təhsil komitəsinin parlamentin qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı yanvarın 24-də keçirilən ilk iclasında komitə sədri, akademik İsa Həbibbəyli “Ümumi təhsil haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bildirib.

“Tədris dili” tədris prosesinin dildir. Burada tərbiyədən, başqa məsələlərdən söhbət getmir. Ona görə də bunu qanun layihəsində saxlamağı məqsədəmüvafiq bildik”-deyə, komitə sədri sözlərinə əlavə edib.

Komitə sədri sonra deyib ki, o, icbari təhsilin saxlanılmasının və peşə təhsili sisteminin genişləndirilməsinin tərəfdarıdır:

“Ona görə qanun layihəsindəki müddəanın məhz belə qalmasını məqsədəuyğun saydıq. Bu gün onu da deyim ki, Azərbaycanda peşə təhsili sahəsində  böyük irəliləyiş var. Peşə təhsilinə, peşə ixtisalarına böyük maraq və  həvəs hiss olunur. Çünki bu gün peşə sənəti sahiblərinə, mütəxəssislərə böyük ehtiyac var. Odur ki, həm peşə təhsili ilə bağlı qanun, həm də müzakirə etdiyimiz sənəd bu məsələdə özünün böyük töhfələrini verə bilər və verəcək”.

isa-habib

Xarici dillərdə oxuyan, oxumaq istəyən Azərbaycan vətəndaşları məsələsinə gəlincə, komitə sədri həmin şəxslərlə bağlı qanun layihəsində tənzimləyici müddəanın da nəzərdə tutulduğunu deyib:

“Bu, yeni müddəadır. Yəni, xarici dillərdə tədris alan vətəndaşlarımız, uşaqlarımız öz dillərini, dövlət dilini mütləq şəkildə bilməlidirlər. Onlarla bir-iki sınaq müsabiqələrinin aparılması nəzərdə tutulur. Qanun layihəsində də bununla bağlı tənzimləyici yeni müddəa özünün əksini tapıb”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Ali təhsillə də bağlı qanunumuz olacaq – YENİLƏNİB

Read Next

Dərsliklər uşaqların psixi durumuna, intellektual səviyyəsinə uyğun şəkildə hazırlanmalıdır – BƏXTİYAR ƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir