Orta məktəblərdə siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına yol verilməyəcək

Orta məktəbi qızıl medalla bitirənlər qəbul imtahanlarından azad olunacaq

Milli Məclisin (MM) Elm və təhsil komitəsinin dekabrın 4-də keçirilən iclasının gündəliyinə “Ümumi təhsil haqqında” yeni qanun layihəsi daxil edilib.

Etikxeber.az-ın xəbərinə görə, qanun layihəsi 5 fəsil və 33 maddədən ibarətdir.

Qanun layihəsinin 13.19-cu maddəsinə əsasən təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunurlar.

***

Vahid geyim formaları tətbiq ediləcək

Ümumi təhsil müəssisəsində təhsilalanlar üçün Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq edilir.

Belə ki, qanun layihəsinin 12-ci maddəsində (Ümumi təhsil müəssisəsi) qeyd edilib ki, ümumi təhsil müəssisələrində təhsilalma əyani formada həyata keçirilir.

Sənəddə göstərilib ki, Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.

***

Orta məktəblər özləri məqsədli pul mükafatı təsis edə biləcəklər

Azərbaycan Respublikasında formal ümumi təhsil forması tətbiq olunur.

Bu barədə də qanun layihəsinin 12-ci maddəsində qeyd edilib.

Həmçinin qanun layihəsinin 12.14-ci maddəsində qeyd edilib ki, ümumi təhsil müəssisəsi təhsildə nailiyyətləri ilə fərqlənən, eləcə də ölkə və beynəlxalq olimpiadaların qalibləri olan təhsilalanlar üçün ümumi təhsil müəssisəsinin öz vəsaiti hesabına məqsədli pul mükafatı təsis edə bilər.

Qanun layihəsinin 12.20-ci maddəsinə görə,  ümum təhsil müəssisəsində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına yol verilmir.

12.21-ci maddədə isə göstərilir ki, dövlət özəl və bələdiyyə ümum təhsil müəssisələrinin inkişafını dəstəkləyir və bu məqsədlə müvafiq dəstək mexanizmləri tətbiq edir:

“Bu dəstək mexanizmlərinin növləri, habelə tətbiqinin prinsipləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.

Həmçinin, 12.23-cü maddəyə əsasən ümum təhsil müəssisələrində “Təhsil haqqında” qanununa uyğun olaraq, psixoloji xidmət təşkil olunur.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Şərqşünaslıq İnstitutu ilə Şərq Əlyazmaları İnstitutu arasında əməkdaşlıq protokolu imzalandı – FOTO

Read Next

Bələdiyyə məktəbləri də olacaq – KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir