Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
29 sentyabr 2025-ci il tarixində daha bir İkinci Vətən Müharibəsi Şəhidinin Anım Günü idi.
Dünən əslən Kəlbəcərli olan, ancaq məcburi köçkün kimi Bərdə-Cəyirli və Ağdam-Birinci Baharlıda yaşayan MAXE Orxan Səfiyar oğlu Mönsümzadənin Əbədiyyətə uğurlandığı günüydü, Şəhadətindən beş il keçirdi.
Anım Günü ilə bağlı evin-ailənin tək oğlu, tək bacının tək qardaşı olan və 27 yaşında Şəhadətə ucalan Orxan Mönsümzadənin dünən Bərdənin Cəyirli kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.
Etikxeber.az xəbər verir ki, Şəhidin məzarını ziyarətdə ailə üzvləri və Ağdamlı Şəhid ailələri iştirak ediblər.
Orxan Möhsümzadənin məzarını ziyarətdən sonra isə Ağdamlı Şəhid ailələri Bərdə Şəhidlər Xiyabanına gəliblər.
Onlar dünən Anım günləri olan Bərdəli Şəhidlərin ailələrinə başsağlığı verib, onlara səbr diləyib, xatirə fotoları çəkdiriblər.
Allah dünən Anım günləri olan Şəhidlərimiz də daxil olmaqla, cəmi Şəhidlərimizin məkanlarını cənnətlik etsin!
Nurlar içində yatsınlar!
***
FOTOLAR:



K.HƏMİDOV
Etikxeber.az





