Osmanov Moldovada, Həsənov Almaniyada Azərbaycanı təmsil edəcək

Prezident İlham Əliyev Qüdsi Osmanovun Azərbaycanın Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Etikxeber.az-ın məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə Ramin Həsənov Azərbaycanın Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Qeyd edək ki, Qüdsi Osmanov 16 fevral 1966-cı ildə Ermənistan Respublikasının Noyemberyan rayonunda anadan olub.

Sankt-Peterburq Su Kommunikasiyaları Universitetini (İqtisadiyyat), Sankt-Peterburq Dövlət Universitetinin Hüquqşunaslıq və Beynəlxalq Münasibətlər fakültələrini bitirib. Siyasi elmlər namizədidir.

1984-1987 — keçmiş SSRİ hərbi qüvvələr sırasında xidmət edib.

1997-2004 — Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Fəxri konsulu vəzifəsində çalışıb.

2005-2013 — Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş konsulu vəzifəsində çalışıb.

18 aprel 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının Baş konsulu vəzifəsindən geri çağırılıb və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfir müavini vəzifəsinə təyin olunub.

Fövqəladə və Səlahiyyətli Elçi diplomatik ranqına malikdir.

Ailə vəziyyəti – evli, üç övladı var.

Ramin Həsənov isə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri , həmçinin, TÜRKPA-nın baş katibi vəzifələrində çalışıb. Ailəlidir.

qudsi-osmanov1

ramin

Etikxeber.az

Read Previous

15 iyul hadisələrindən bəhs edən “Xəyanətdən qələbəyə” filminin təqdimatı oldu

Read Next

Partlayışda yaralanan 4 nəfərdən biri dünyasını dəyişdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir