Ötən gün baş vermiş iki yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, beş nəfər xəsarət alıb – DİN

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 114 cinayət faktından 18-nin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 70 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş iki yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, beş nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli səkkiz fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Etikxeber.az

Read Previous

Maşınqayırma zavodunda partlayış: Ölən və yaralananlar var – ÇİNDƏ

Read Next

11 dəfə amnistiya aktı qəbul edilib, 60-dan çox əfv fərmanı və sərəncamı imzalanıb – SON 22 İLDƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir