Ötən həftənin yaddaqalan iki hadisəsi və ya DEPUTATIN BAXIŞI: MÜSTƏSNADIR, TARİXİDİR, UNDULMAZDIR

Azərbaycan dövləti, xalqımız demək olar ki, hər gün yeniliklərin, yeni hadisələrin, yeni uğurların şahidi olur. Hər bir günümüz öz tarixiliyi, müstəsnalığı ilə seçilir, fərqlənir, bir-birini əvəzləyir. Son bir həftədə daha iki mühüm hadisənin şahidi olduq ki, bunlar da illərlə yaddaşlarda, haifəzələrdə qalacaq, xatırlanacaq.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

O, qeyd edib ki, bunlardan biri artıq bir neçə ildir ökəmizin uğurla və layiqincə ev sahibliyi etdiyi “Formula-1” yarışlarıdır.

Onun sözlərinə görə, “Formula-1” SOCAR Azərbaycan Qran Prisi artıq 4-cü ildir (2016-cı ildən)  ölkəmizdə keçirilir və bundan sonra daha 4 il, yəni, 2023-ci ilə kimi keçirilməsi nəzərdə tutulur:

“Bu, sadəcə, bir idman yarışı deyil, bu, həm də siyasi, iqtisadi, mədəni bir hadisədir. Azərbaycan bu yarışa uğurlu, layiqli ev sahibliyi etməklə, həm də özünü dünyaya tanıdır, dünya bir daha Azərbaycan reallıqları, həqiqətləri tanış olur, Azərbaycanın dinamik inkişafına şahidlik edir. Eyni zamanda, güclü turist axını nəticəsində ölkəmizin büdcəsinə külli miqdarda vəsait daxil olur. Bu, ölkədə turizmin əsaslı şəkildə inkişafına öz müsbət təsirini göstərir, nəticədə də xalqımız, insanlarımız, vətəndaşlarımız, iş adamlarımız, dediyim kimi, büdcəmiz bundan gəlir qazanır.

FORR-1

FORR-3

FORR-5

FORR-2

Həmçinin, bu yarışlar ölkəyə turist axınını daha da gücləndirir. Çünki hər bir turist öz ölkəsinə geri dönəndə Azərbaycanla bağlı xoş təəssüratlarını bölüşür və bununla da bir növ öz ölkəsinin vətəndaşlarını Azərbaycana gəlməyə təşviq edir. Həmçinin, bu yarış Azərbaycan mədəniyyətinin, Azərbaycan incəsənətinin dünyaya nümayişinə çevrilir, onun dünya mədəniyyətinə verə biləcəyi və verdiyi töhfələri ortaya, gözlər önünə sərmiş olur. Təsadüfi deyil ki, ölkə başçısı İlham Əliyev “Rossiya 24” telekanalına müsahibəsində də bu yarışı yarım milyard insanın izlədiyini və bunun Azərbaycanın turist bazasına artan sürətlə təsir göstərdiyini bildirib. Dövlət başçısımız onu da qeyd edib ki, indiyədək Azərbaycana bu yarışdan təxminən 300 milyon dollar gəlir daxil olub. Hesab edirəm ki, bununla mənzərə bir daha aydın olmuş olur.  Odur ki, bu yarışa, “Formula-1”-ə adi idman yarışı kimi baxmaq düzgün deyil. Buna kompleks şəkildə baxmalı və münasibət bildirməliyik.

Eyni zamanda, bu yarışla bağlı dodaq büzənlərə, sosial şəbəkələrdə qarayaxmalarla məşğul olanlara bir daha deməliyik və deyirik  ki, bütün cəhdləri əbəsdir, faydasızdır, səmərəsizdir. Yel qayadan heç aparmadığı kimi, onların da cəhdləri, fikirləri sabun köpüyü kimi buxarlanıb, uçub havada yox olacaq. Ona görə də özlərini yormasınlar, getsinlər heç olmasa ömürlərində faydalı bir işin qulpundan yapışsınlar. Bəlkə bu zaman nəsə əldə etdilər. Amma bir daha onu qeyd etməliyik və edirəm ki, Azərbaycan növbəti illərdə də bu nüfuzlu yarışmaya uğurla ev sahibliyi edəcək, özünün imzasını bir daha imzalar içində əbədiləşdirəcək”.

E. Səlimov sonra bildirib ki, ötən həftənin ikinci ən tarixi və əlamətdar hadisəsi Çin Xalq Respublikasının (ÇXR) paytaxtı Pekində “Bir kəmər, bir yol əməkdaşlığı, ümumi parlaq gələcəyin qurulması” mövzusunda keçirilən, 37 dövlət və hökumət başçısının, beynəlxalq təşkilatların rəhbərlərinin qatıldığı 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumudur:

FORUM-İLHAM

cinpin-əliyev-2

ELDENİZ-QARDAS

“Azərbaycanın da dəstəklədiyi bu təşəbbüs, bü layihə, o cümlədən, məlum Forum bir kəmərin, bir yolun xalqlar, ölkələr arasında dostluğa, əməkdaşlığa verdiyi töhfələrin əhəmiyyətini ortaya qoydu. Forumda iştirak edən və tarixi nitq söyləyən ölkə prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu layihə yalnız nəqliyyat bağlılığını təmin etmir. O, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır”.

Millət vəkilinin bildirdiyinə görə, hər bir ölkənin malik olduğu imkanların, əldə etdiyi təcrübənin təhlili qarşıya qoyulan məqsədlərə nail olmaq üçün səylərin birləşdirilməsinə geniş imkanlar açır:

CİN-İLYA-PEKİN

ELDENIZ-3

“Bilirsiniz, söhbət ümumi parlaq gələcəyin qurulmasından gedirsə, bu birliyin, həmrəyliyin qorunmasının önəmi daha aydın nəzərə çarpır. Azərbaycan daim təşəbbüsləri gerçəkliyə çevirən ökə kimi tanınıb və nüfuz qazanıb. Ən əsası ölkəmizin yerləşdiyi coğrafi məkan, malik olduğu təbii resurslardan səmərəli istifadə məqsədilə gündəmə gətirdiyi layihələrin uğurlu icrası Azərbaycana yeni tərəfdaşlar, dostlar qazandırıb. Həmçinin, qeyd edək ki, əməkdaşlıqlar öncə regional çərçivədə qurulub. İndi isə artıq bu əlaqələrin coğrafiyasının daha da genişləndiyinin şahidi oluruq. Ən əsası bir layihənin iştirakçısı iki, yaxud üç dövlətin olmasına baxmayaraq, onun gətirdiyi iqtisadi və siyasi dividendlərdən bəhrələnən ölkələrin sayı daha çox ola bilər. Bu kontekstdən yanaşdıqda “Bir kəmər, bir yol” təşəbbüsünün parlaq gələcəyini görməmək mümkün deyil…”

K. HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Mançester Yunayted”in iki əsas futbolçusu sıradan çıxdı…

Read Next

“Terrorçunun vətəni və dini yoxdur” – DEPUTAT QANLI ADNA TERRAKTINDAN DANIŞDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir