Ötən il ən təmiz atmosfer yağıntıları Xızıda qeydə alınıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti 2016-cı il ərzində aparılan atmosfer yağıntılarının monitorinq nəticələrini açıqlayıb.

Departamentdən Etikxeber.az-a verilən məlumata görə, atmosfer yağıntılarının kimyəvi tərkibinin monitorinqi ölkənin 6 bölgəsində – Abşeron yarımadası, Kür-Araz ovalığı, Kiçik Qafqaz, Böyük Qafqazın şimal-şərq, cənub yamaclarında və Lənkəran zonasında 23 məntəqədə 11 göstərici üzrə (pH, sulfat, nitrat, fosfat, ammonium, xloridlər, kalsium, maqnezium, codluq, elektrik keçiriciliyi və hidrokarbonat ionları) aparılıb. Ötən il ərzində götürülmüş 269 yağıntı (yağış, qar) nümunəsi üzərində 2959 kimyəvi analiz aparılıb. Analizlərin nəticələrinə görə yağıntılarda təhlil olunan inqrediyentlərin ən az miqdarı Xızıda (44.4 mq/l), ən çox miqdarı isə Sumqayıtda (164.8 mq/l) müəyyən edilib. Bu qarışıqların əsas hissəsini Bakıda hidrokarbonat (72.2 mq/l), kalsium (24.7 mq/l) və maqnezium (6.3 mq/l), Sumqayıtda sulfat (24.9 mq/l) və xlorid (48.9 mq/l), Gəncədə nitrat (4.0 mq/l), Qobustanda isə fosfat (0.5 mq/l) və ammonium (1.3 mq/l) ionları təşkil edib.

Etikxeber.az

Read Previous

30 yaşlı qadın dəm qazından zəhərləndi…

Read Next

Braziliyanın keçmiş birinci xanımı dünyasını dəyişdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir