Ötən il biometrik smartfonların sayı iki dəfə artıb

“Acuity Market Intelligence” analitik şirkəti 2016-cı ildə biometrik texnologiya ilə təchiz edilən smartfon modellərinin sayının iki dəfədən çox artmasını açıqlayıb.

Etikxeber.az  “Payspacemagazine” resursuna istinadən xəbər verir ki, mobil telefon istehsalı ilə məşğul olan şirkətlərin 87 faizi 346 biometrik smartfon modeli təqdim edib. Beləliklə, 2013-cü ildən onların sayı 549-dək artıb. Ötən il belə modellərin sayı 200 ədəd təşkil edib.

Hazırda dünyada istifadədə olan biometrik smartfonların sayı bir milyarda bərabərdir ki, bu da bütün qlobal mobil telefon bazarının 40 faizini təşkil edir.

Etikxeber.az

Read Previous

“Jizel” azərbaycanlı xoreoqrafın quruluşunda təqdim ediləcək

Read Next

Tramp da Rusiyaya qarşı eyni “yolu” gedəcək…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir