Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
2016-cı ildə istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 39,2 milyard manat olub.
Dövlət Statistika Komitəsindən Etikxeber.az-a bildiriblər ki, həmin il ərzində qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin səviyyəsini real ifadədə 1,1 faiz üstələyərək, 37,5 milyard manata bərabər olub.
Qeyd olunub ki, ötən il bir istehlakçı orta hesabla ayda 339,1 manatlıq əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.
Etikxeber.az