Otel meneceri adı ilə taksi sürücülərinə qarşı dələduzluq etdi VƏ SAXLANILDI…

Bakıda otel meneceri adı ilə taksi sürücülərinə qarşı dələduzluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə özünü otel meneceri kimi təqdim etməklə sürücülərin aldatma yolu ilə müxtəlif məbləğlərdə pullarını talamaqda şübhəli bilinən 1996-cı il təvəllüdlü Əli Dadaşov saxlanılaraq məsuliyyətə cəlb edilib.

O, sosial şəbəkələrdə və elan saytlarında məlumatlar yerləşdirməklə “əlavə qazanc, yüksək gəlir” adı altında fəaliyyət göstərib.

Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət etmələri tövsiyə edilir.

Araşdırmalar Səbail RPİ 9-cü Polis Bölməsində aparılır.

Etikxeber.az

Read Previous

“Uzun və şərəfli döyüş yolum keçən övladım həm də ali ordenlərimizdən birini Haqq edir…”-MİNGƏÇEVİRLİ ŞƏHİD ETİBAR MAHMUDOVUN ANASI ƏSMAYƏ MAHMUDOVA DÖVLƏT BAŞÇISINA MÜRACİƏT ÜNVANLADI

Read Next

Baş Prokurorluq “Tərtər işi” ilə bağlı-MƏLUMAT YAYDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir