Otelin divarının uçması çoxsaylı insan tələfatına səbəb oldu – PERUDA

Perunun Abankay vilayətində otelin divarının uçması çoxsaylı insan tələfatına səbəb olub.

Etikxeber.az xəbər verir ki, ölkənin mülki müdafiə institutunun Twitter səhifəsində yerləşdirdiyi məlumata görə, hadisə nəticəsində azı 15 nəfər ölüb, 29 nəfər isə yaralanıb.

RPP radiostansiyası bildirib ki, insident “Alambra” otelində toy mərasimi zamanı baş verib.

Zərərçəkənlərin hamısı toya gələn qonaqlardır. Mərasimin keçirildiyi salonda ümumilikdə 100-ə yaxın insan olub.

İlkin məlumata əsasən, divarın uçmasına regionda son günlər müşahidə edilən güclü yağışlar səbəb ola bilər.

Etikxeber.az

Read Previous

Daşqın və torpaq sürüşməsi azı 70 can alıdı…

Read Next

Bəndin uçması nəticəsində ölənlərin sayı 58 nəfərə çatdı – BRAZİLİYADA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir