Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
44 günlük Zəfər savaşımızda torpaqlarımızın bütünlüyü uğrunda canından keçən Zərdablı qəhrəman oğullarımızın valideynləri, övladları, yaxınları ilə dünən şəhid Ağaqardaş Abbasovun ata ocağında görüş keçirtdik.
Bunu Etikxeber.az-a filologiya elmləri doktoru, professor, 95 saylı Zərdab-Kürdəmir-Ucar Seçki Dairəsindən deputatlığıa namizəd Jalə Əliyeva qeyd edib.
O, sonra “Ötən illər ərzində növbəti dəfə kədərlərinə şərik olduq, növbəti dəfə qürurlarına şahid olduq. Oturduğumuz Xatirə Otağında şəhid oğullarımızın divarlara həkk olan şəkilləri sanki dil açıb danışırdı. Sanki hər biri bizə özünün keçdiyi qısa, amma əsrlərə bərabər şərəfli ömür yolunu anladırdı…Əyilməzliyiniz, dəyanətiniz, vüqarınız qarşısında bir daha baş əyirik! Allah bütün şəhidlərimizə rəhmət etsin! Amin!”-deyə, sözlərinə əlavə edib.






Etikxeber.az





