“Övlada görə dağılmaq üzrə olan ailələrin sayı da yüzlərlədir…”-QƏNİRƏ PAŞAYEVADAN HƏYACAN TƏBİLİ

Alimentlərlə bağlı icra olunmayan məhkəmə qərarlarının sayı getdikcə artır.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında parlamentin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Q. Paşayeva bildirib ki, bu halda uşaqlar əziyyət çəkir, qurban olur:

“Alimentlərlə bağlı məhkəmə qərarlarının icrası prosesinə yenidən baxılmalıdır. Biz çox acınacaqlı durumlarla üzləşirik. Bu məsələ ilə bağlı dinləmə keçirə biləriksə, keçirək’.

Parlamentin komitə sədri icbari tibbi sığorta ilə bağlı da problem olduğunu vurğulayıb:

“Artıq sonsuzluq getdikcə artır. Heç olmasa bir ailə dövlət hesabına bir dəfə süni mayalanma edə bilsin. Qanunun müzakirəsi zamanı cəmiyyətə də bu məsələnin paketə daxil olacağı açıqlanmışdı, amma icbari tibbi sığorta paketinə daxil edilməyib. Limitlə də olsa, bu məsələ paketə daxil edilməlidir. Müvafiq qurumu da bu məsələyə yenidən baxmağa çağırırıq. Övlada görə dağılmaq üzrə olan ailələrin sayı da yüzlərlədir”.

Etikxeber.az

Read Previous

“Siyasi vəzifələrlə bağlı qanun qəbul edilməlidir…”-ZİYAFƏT ƏSGƏROVDAN TƏKLİF

Read Next

“Azərbaycan bölgənin bütün etnik qrupların nümayəndələrinin firavanlıq şəraitində yaşadıqları sülh, sabitlik və inkişaf məkanına çevrilməsi üçün özündən asılı olan bütün tədbirləri görməkdə davam edəcək”-MM BƏYANAT VERDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir