“Övladımın hər yerdə başına and içiblər…”-AİLƏNİN İKİ OĞLAN ÖVLADINDAN BİRİ, 7 İLİN HƏRBÇİSİ, TƏK QIZ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN, MAYIN 16-DA DÜNYAYA GƏLƏN, NOYABRIN 16-DA ƏBƏDİYYƏTƏ UĞURLANAN ŞƏHİD ELGÜN ABBASLININ ANASI SEVDA ABBASOVA – FOTOLAR

Bu gün-6 avqust 2023-cü il tarixində daha bir Nur üzlü İkinci Vətən Müharibəsi Şəhidinin ailəsi-valideynləri ilə bir araya gəldim…

Həm Sumqayıtın, həm də Laçının İkinci Qarabağ Savaşı Şəhidlərindən olan Elgün Ağayar oğlu Abbaslının anası Sevda xanım və atası Ağayar kişi ilə Laçınlı Birinci Qarabağ Savaşı Şəhidi Kərəm Zeynalovun Anım Günündə tanış oldum…

Onlarla az da olsa, söhbətləşdim, dərdləşdim…

Şəhidimizin valideynlərinə səbr və dözüm arzuladım…

“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…

Ruhu qarşısında baş əydiyimi bildirdim…

Söhbət zamanı məlum oldu ki, Şəhidimiz ailənin iki övladından, iki oğlundan biri, evin sonbeşiyi olub…

Elgün 1991-ci ilin may ayının 16-da Laçın rayonun Dəhyan kəndində anadan olub…

Bir yaşının tamamından iki gün sonra-1992-ci ilin 18 may tarixində Laçın rayonunun işğal olunması ilə bağlı öz doğma yurdlarından məcburi köçkün düşüblər, Sumqayıt şəhərinə üz tutublar…

Uşaqlıqdan hərb sənətinə böyük marağı olub…

Orta məktəbi bitirdikdən bir müddət sonra Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub…

Əsgərliyini başa vurduqdan sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Şəhidliyinə kimi 7 il Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib…

İkinci Vətən Müharibəsinin ilk günündən son gününə qədər də döyüşlərdə olub…

Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın Şuşa istiqamətlərində 44 günlük şərəfli döyüş yolu keçib…

Axırıncı dəfə ailəsi ilə noyabrın 10-da, İkinci Vətən Müharibəsinin başa çatmasından sonra, Şəhidliyindən isə saatlar öncə danışıb…

Və həmin gün, axşam 5-7 radələrində də Şuşa şəhərində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi 6 gün sonra, noyabrın 16-da Sumqayıt şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub…

O, həm də ailəli, bir övlad atası idi…

Şəhid olarkən övladı-qızı- balaca Nəzrin cəmi 4 ayının içində olub…

Şəhidin anası Sevda xanımın dediklərindən:

“Mənim övladım çox gözəl övlad olub…Evdə də, işdə də, hərbidə də…Hər şeydə sayılıb-seçilən övlad olub…Hər yerdə başına and içiblər övladımın…”

Ruhu bir daha şad, ruhu bir daha ailəsinə, Vətəninə əmanət qalan tək övladına-Nəzrininə kömək olsun!

Nur içində uyusun!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəhidliyindən, Əbədiyyətə uğurlanmasından 31 il keçən-LAÇINLI BİRİNCİ QARABAĞ SAVAŞI ŞƏHİDİ KƏRƏM ZEYNALOVUN ANIM VƏ ADINI DAŞIYAN NƏVƏSİNİN QIRXÇIXDI MƏRASİMİ KEÇİRİLDİ…- FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

Şəhid Bəxtiyar Aslanovun anası ölkə rəhbərliyinə səsləndi: “BALAMIN, ŞƏHİDİMİN UCA ADI İLƏ DƏLƏDUZLUQ ƏMƏLİNƏ YOL VERƏN ŞƏXS VƏ ŞƏXSLƏR ARTIQ CƏZALANDIRILSIN!”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir