Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Aybəniz Haşımova: Ailə qurmazdan əvvəl qızlarımız ürəkləri ilə beyinlərinin nə istədiyinə əmin olmalıdır
Əlbəttə ki, qızlarımız təhsil aldıqdan, müəyyən bir sənətə, peşəyə yiyələndikdən, necə deyərlər, ayaqüstə dayanmağı bacardıqdan sonra ailə qursalar yaxşıdır.
Bunu Etikxeber.az-a açıqlamasında tanınmış sənətçi, sevilən ifaçı, Əməkdar artist Aybəniz Haşımova deyib.
Onun sözlərinə görə, təbii ki, bunlar yenə də maddi imkanlara söykənir:

“Təəssüf ki, belə bir məqam da var. Yəni, bəzi ailələrin maddi vəziyyəti övladlarının layiqli təhsil almalarına o qədər də imkan vermir.
Amma ümumilikdə qızlarımızın erkən ailə qurmalarının, erkən nikahlara məcbur edilmələrinin əleyhinəyəm. Qızlarımız özləri ilk növbədə ailə qurmamışdan öncə ürəyi ilə beyninin nə istədiyinə dəqiq əmin olmalıdırlar…”.

Əməkdar artist deyib ki, ailə qurmağa hazırlaşan qızlar gələcəkdə övladlarının atasının kim olacağına çox dəqiq və yanlışsız qərar verməlidir.
“Axı, övladlarımızın gələcəyi valideynlərimizin kim olacağından çox asılıdır.
O zaman düşünürəm ki, xoşbəxt ailəyə sahib, mənsub ola bilərik”-deyə, A. Haşımova sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





