Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Müsavat Partiyası koronavirus epidemiyası ilə bağlı yaranmış şəraitdə həyata keçiriləcək tədbirlərə dair təkliflər paketi hazırlayıb və onu ictimaiyyətə açıqlayıb.
Etikxeber.az həmin təkliflər paketini olduğu kimi, təqdim edir:
1. İnfeksiyanın yayılmasının qarşısının alınması üçün həyata keçirilməli olan zəruri tədbirlər. 1.1 Xüsusi dövlət müəssisələri, xəstəxanalar, apteklər, ərzaq mağazaları və digər həyati vacib müəssisələr istisna olmaqla bütün iş yerləri bağlansın. 1.2 Respublikanın rayonları arasında xüsusi zərurət halları istisna olmaqla gediş-gəliş məhdudlaşdırılsın; 1.3 Azərbaycan vətəndaşları, koronavirus pandemiyasına qarşı ölkəmizə xüsusi dəvət olunmuş mütəxəssislər istisna olmaqla Pespublika ərazisinə kənardan giriş qadağan olunsun.
1.4 Ərzaq mağazalarına, apteklərə kütləvi giriş qadağan edilsin. Bu obyektlərin girişində bir-birindən 2-3 metr aralıda dayanmaları təmin edilməklə içəriyə hər kəs tək-tək buraxılsın. 1.5 Yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxmamaları ilə bağlı qrarın icrası sərtləşdirilsin, asma, ağciyər, təzyiq, şəkər, ürək, böyrək xəstəlikləri olan şəxslərin evdən çıxması qadağan edilsin; Bu qaydalara əməl etməyənlər minimum əmək haqqı səviyyəsində cərimə edilsin; 1.6 Küçəyə çıxan hər kəsin qoruyucu maska və əlcək geyinməsinin məcburi qaydası müəyyən edilsin; 1.7 Böyük istimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş məhbuslar, az ağır cinayətə görə məhkum edilib cəzasının yarıdan çoxunu çəkmiş məhbuslar və cəza müddətinin bitməsinə 1 ildən az müddət qalmış bütün məhbuslar azadlığa buraxılsın;
2. Koronavirusa qarşı mübarizənin səmərəli təşkili üçün görüləcək tədbirlər.2.1 Virus daşıyıcılarının dəqiq və qısa müddətdə müəyyənləşdirilməsi və xəstələrin müalicəsi üçün vacib olan tibbi avadanlıqların dərhal alınıb ölkəyə gətirilməsi təmin edilsin; 2.2 Pandemiya dövründə əmək fəaliyyətini davam etdirməli olan bütün dövlət qulluqçularının, həkimlərin, hər növ tibbi personalın, hərbi qulluqçuların, ərzaq və ictimai iaşə müssisələri əməkdaşlarının əmək haqqları həlledici olaraq artırılsın; 2.3 Pandemiyaya qarşı mübarizəyə qoşulmağa hazır olan könüllülərə, o cümlədən pensiyada olan həkimlərə, digər tibbi işləri həyata keçirməyə hazır olan şəxslərə müraciət edilsin. Ölkənin bütün ərazisində bu məqsədlə könüllü dəstələri yaradılsın;
2.4 Bəzi istehsal sahələrinin istiqaməti dəyişdirilərək pandemiyaya qarşı vacib olan istehsal sahələrinə, maska, spirt, gigiyenik əlcək və sair istehsal sahələrinə çevrilməsi üçün həvəsləndirici kreditlər ayrılsın; 2.5 Özəl xəstəxanaların, klinikaların pandemiya dövründə, müvəqqəti olaraq dövlət nəzarətinə verilməsi, bu müəssələrin əmlakının, tibbi personalının pandemiyaya qarşı mübarizəyə cəlb olunması üçün xüsusi həvəsləndici kreditlər ayrılsın. 2.6 Pandemiya dövründə zəruri olan dərman, ərzaq və s. malların qiymətinun süni surətdə qaldırılmasına qarşı cəza tədbirləri, xüsusi məbləğdə cərimələr müəyyənləşdirilsin;
3. Sosial iqtisadi sahədə həyata keçirilməsi zəruri olan tədbirlər. 3.1 Bank kreditlərinin ödənilməsinin gecikdirilməsinə görə cərimələr və bank faizləri 6 ay müddətinə ləğv edilsin; 3.2 Dövlət və şəxsi obyektlərə ödənilən icarə haqqları 6 ay müddətunə ləğv edilsin; 3.3 Kiçik və orta biznesin böhrandan xilas edilməsi üçün xüsusi dövlət proqramı hazırlanaraq həyata keçirilsin;
3.4 Kiçik və orta biznes sahələri 6 ay müddətinə vergilərdən azad edilsin; 3.5 Pandemiya ilə əlaqədar fəaliyyətini dayandırmış hər kəsin əmək haqqı ödənilsin, orta və xırda bizneslə məşğul olan hər kəsə hər ay orta aylıq əmək haqqı məbləğində sosial yardım edilsin; 3.6 İşsiz olan və ya pandemiya ilə əlaqədar gəlirlərdən məhrum olan hər bir Azərbaycan ailəsinə minimum ərzaq zənbilinin dəyəri məbləğində sosial yardım edilsin;3.7 Xarici ölkələrdən qayıda bilməyən Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi təmin edilsin.

Etikxeber.az





