“Özəlləşdirilən bağçaların başqa məqsədlər üçün istifadə edilməsinin əleyhinəyik” – KOMİTƏ SƏDRİ

“Özəlləşdirilən bağçaların başqa məqsədlər üçün istifadə edilməsinin əleyhinəyik”.
Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, uşaq baçalarının özəlləşdirilməsinin əleyhinə deyil,  ancaq özəlləşdirilən başğçaların başqa məqsədlər üçün istifadə edilməsinin əleyhinədir.
“Çünki bu gün biz  özəlləşdirlən uşaq bağçalarının profilinə uyğun olmayan məqsədlər üçün istifadəsinin şahidi oluruq. Əgər bu gün hansısa  uşaq bağçasının fəaliyyətində problem varsa və hər hansı iş adamı onu özəlləşdirib sonra da məkətbəqədər təhsil müəssəsi kimi istifadə edəcəksə, o zaman bu məsələdə problem olmayacaq. Qanunvericilikdə də özəl məktəbəqədər təhsil müəssisələrinin yaradılması haqqında  müddəalar öz əksini tapıb və hesab edirik ki, bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da özəl sektor məktəbəqədər təhsildə öz rolunu oynamış olsun. Ancaq biz  uşaq bağçalarının başqa məqsədlər üçün isitfiadəsini qarşıyıq”– deyə, o bildirib.
Etikxeber.az

Read Previous

Yeni növ uşaq bağçaları fəaliyyət göstərəcək

Read Next

Baxça müdirləri qarşısında yeni TƏLƏB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir