Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Uşaqlar bir yaşından bağçaya gedə biləcək
Fazil Mustafa: “Uşaq bağçaları ilə bağlı məsələyə çox ciddi yanaşlımalıdır, buradakı problemlər aradan qaldırılmalıdır”
Milli Məclisin dünənki iclasında (MM) “Təhsil haqqında” qanuna dəyişiklik müzakirə olunub.
Etikxeber.az-ın xəbərinə görə, qanun layihəsi haqqında məlumat verən MM-in Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli söyləyib ki, qanuna təklif edilən dəyişiklikdə Azərbaycanda uşaqların məktəbəqədər təhsil müəssisələrinə üç yaşından verilməsi ilə bağlı müddəanın dəyişdirilməsi, bunun əvəzinə uşaqların bir yaşından məktəbəqədər təhsil müəssisələrinə cəlb edilməsi nəzərdə tutulub.
Onun sözlərinə görə, “Təhsil haqqında” qanununun mövcud variantına əsasən, məktəbəqədər təhsil üç yaşından başlayır:
“Amma uşağı üç yaşından məktəbəqədər müəssisəyə cəlb etmək bir qədər gecdir. Əhalinin real tələbatını ödəmək başlamaq məqsədilə “Məktəbəqədər qədər təhsil haqqında” qanunda məktəbəqədər təhsilin bir yaşından başlanılmasına qərara alınıb. Dünyada hətta 2-3 aylıqdan uşaqların bağçalara verilməsi faktı var. Amma Azərbaycanda reallıq budur ki, uşaq bir il ana tərbiyəsi almalıdır. Biz “Təhsil haqqında” qanunda uşaqların bir yaşından bağçaya verilməsi ilə bağlı dəyişikliklərin edilməsini təklif edirik”.
Müzakirələr zamanı Fazil Mustafa Azərbaycanda uşaq bağçalarının sayının azlığında şikayətlənib. O, eyni zamanda, uşaq bağçalarında işləyənlərin məvaciblərinin çox aşağı olmasından narazılığını ifadə edib.
Millət vəkili həmçinin, ailəsində bir uşağa belə düzgün tərbiyə verə bilməyən adamların uşağ bağçalarında işə götürülməsinə, rəhbərliyə təyin olunmasına sərt münasibətini bildirib:
“Özü də bu barədə onlarla fakt, misal gətirmək olar. Ona görə də uşaq bağçaları ilə bağlı məsələyə çox ciddi yanaşlımalıdır, buradakı ciddi problemlər aradan qaldırılmalıdır”.
Qanun layihəsi müzakirələrdən sonra qəbul olunub.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





